Modern.az

Dövlət Bağçalı: “HDP mənim üçün yoxdur”

Dövlət Bağçalı: “HDP mənim üçün yoxdur”

12 İyun 2015, 17:47


Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Bağçalı MHP ilə Xalqların Demokratik Partiyasının (HDP) eyni məqsəd istiqamətində əməkdaşlığının mümkün olmadığını və HDP-i yox saydıqlarını söyləyib.

Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, iyunun 7-də keçirilən seçkisinin ardından az qala bütün koalisiya modellərində kilid partiya mövqeyinə gələn MHP-nin lideri Dövlət Bağçalı mövcud vəziyyətə görə Ədalət və İnkişaf Partiyasının (AKP) azlıq hökumətinin, AKP -HDP, AKP-CHP və ya AKP -CHP-HDP koalisiyaları qurula biləcəyinə işarə edib.  

 HDP-nin sədri Selahaddin Demirtaşın “HDP ilə yan-yana gəlmək şərəfdir” sözünü qiymətləndirən Bağçalı deyib:

“Demirtaşın həddindən artıq dərəcədə danışmasının bir mənası yoxdur. Kandil və İmralının səsini eşitmək lazımdır. Onlar bir şeylər söyləsə, məna daşıyar. Demirtaş yoxdur yəni.

Əsas PKK-nın ünsürləri onlardır. Onlar siyasi görünüş verirlər. Onları çox xitab edib danışmaq istəmirəm. Yox, fərz etdiyiniz partiyanın sözlərinə cavab vermək doğru bir şey deyil”.    

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə