Modern.az

Azərbaycanda “Balaca İsrail”...

Azərbaycanda “Balaca İsrail”...

13 Oktyabr 2009, 12:11

Qızmızı qəsəbə dini icmasının rəhbəri Boris Simanduyev: “Ermənilər yəhudilərə qarşı da soyqırım törədiblər”

Bu günlərdə yolumuz Quba rayonundakı məşhur Qırmızı qəsəbədən düşmüşdü. Fürsətdən istifadə edib əsas əhalisi Dağ yəhudilər olan kəndin sakinlərilə söhbətləşib, onların dolanışığı adət-ənənələri ilə maraqlandıq. Amma öncə bu yaşayış məntəqsinin tarixini xatırladaq. 

Əhalinin bir hissəsi tarixi vətənlərinə köçüb Qubada Qudyalçayın kənarında yerləşən Qırmızı qəsəbəni təkcə Azərbaycanda deyil, ölkəmizin hüdudlarından uzaqlarda da yaxşı tanıyırlar. Əhalisinin 99 faizi yəhudilər olan bu qəsəbəyə Azərbaycanda “Balaca İsrail” də deyirlər. Azərbaycanda yəhudi məskunlaşmalarının tarixi 2,5 min il əvvələ gedib çıxır.  Qırmızı qəsəbədə dağ yəhudiləri 280 ildir ki yaşayır. XVIII əsrin ortalarında Fətəli xanın dövründə Quba xanlığı surətlə inkişaf edirdi. Bu xanlıq Dərbənddən başlamış Lənkərana qədər bütün şimal-şərq Azərbaycanı öz təsirinə tabe etmişdi. Məhz həmin dövrdə Quba xanları bu xanlığın paytaxtının yaxınlığında vaxtilə İsrail ərazisindən İraqa, sonra İrana, oradan isə Azərbaycana köç etmiş yəhudilərə torpaq ayıraraq onların təhlükəsizliyinə zəmanət veriblər. O vaxtdan Qudyalçayın hər iki sahilində yerləşmiş Quba şəhərinin müsəlmanlar yaşayan hissəsi çayın daha yüksək sağ sahilində, yəhudilər isə çayın sol sahilində məskunlaşıblar.  Böyük oktyabr sosialist inqilabına qədər Yəhudi qəsəbəsi adlanan bu yaşayış məntəqəsi 1926-cı ildən Qırmızı qəsəbə adlanır.    Bu regionda dağ yəhudilərinin maksimal sayı 1938-39-cu illərdə 15-18 min arasında olub. II Dünya müharibəsindən sonra da onların sayı xeyli artıb. Amma Azərbaycan müstəqilliyini bərpa edəndən sonra Qırmızı qəsəbənin minlərlə yəhidi sakini birdəfəlik olaraq İsrailə-öz qohumlarının yanına, eyni zamanda ABŞ-a və Avropaya köçüb gediblər. İndi dağ yəhudilərilə yanaşı, bu yaşayış məntəqəsində az sayda azərbaycanlılar və ləzgilər də yaşayır. Ümumilikdə qəsəbənin 4 minəyaxın sakini var. Bu kənddəki orta məktəbdə bir neçə dil tədris olunur-Azərbaycan, rus, ivrit, tat və ləzgi dilləri. Qəsəbə balaca olsa da, evlərin təm-tərağı, bahalı maşınları, təmizliyi və özünəməxsus qayda-qanunuyla seçilir. Yerli əhali qəsəbənin varlı görünüşünü sakinlərin xarici ölkələrdəki uğurlu biznesi və buranı da unutmamasıyla bağlayırlar. S

ovet ideologiyası onlara təsir edə bilməyib

                Deyilənə görə, Azərbaycan müstəqillik əldə etdikdən sonra İsraildən Qırmızı qəsəbədə yaşayan yəhudilərə kömək edilir. Bunu qəsəbə sakinləri də bizimlə söhbətdə danmadılar. Qəsəbədə yaşayan yəhudilər sovet ideologiyasının təsirlərinə baxmayaraq öz adət-ənənələrin yaxşı qoruyub saxlayıblar. Bu il sentyabrın 19-da onlar yeni ilin gəlişini - Roşha-Şana bayramını qeyd ediblər. Həmin tarix yəhudi təqvimi ilə 5770-ci ilin ilk günü sayılır. Bayramın ilk günündə yerli əhali sinaqoqa gedir, yeni ilin uğurlu olmasını arzulayır, ibadət edirlər. Niyə ”Malenkiy İzrail”? Qəsəbənin dini icmasının sədri Boris Simanduyev Modern.az-ın əməkdaşı ilə söhbətdə bu yaşayış məntəqəsinə  “Balaca İsrail” (və ya “Malenkiy İzrail”) deyilməsini belə izah edib: “Qəsəbəmizdə əhalinin mütləq əksəriyyəti yəhudilərdir. Yəqin buna görə bizim qəsəbəyə belə ad veriblər...” Boris Simanduyevin sözlərinə görə, SSRİ dağılandan sonra qəsəbədən coxlu ailə dünyanın ayrı-ayrı ölkələrinə köçüb gedib: “1993-cü ildən sonra isə köç dayandı. Onu deyə bilərəm ki, dağ yəhudiləri Moskvada burdakından daha çoxdular”. Boris Simanduyevə belə bir sual da ünvanladıq:

-Bəzən belə fikir səsləndirilir ki, yəhudilər İsrailə başqa məqsədlər üçün gedirlər. Bunu bilməmiş olmazsınız? -Əksəriyyət çörək qazanmaqdan ötrü, dolanışıq ardınca başqa yerlərə üz tutur. İsrailə gedənlər də pul qazanmaq üçün buranı tərk edənlərdir. - Deyirlər ki, hər ay İsraildən qəsəbədə yaşayan yəhudilərə adambaşına müəyyən məbləğdə pul göndərilir? - Bu tam yalandır. Ola bilər ki, hansısa ailənin İsraildə olan nümayəndəsi ailə üzvlərinə pul göndərir. Burada qeyri-adi  nə var ki?

“Türklərlə yanaşı, yəhudilər də erməni vəhşiliyinin qurbanı olub” Boris Simanduyevin sözlərinə görə, Qubada türklərlə yanaşı yəhudilər də ermənilər tərəfindən qətliama məruz qalıb: “Hesab edirik ki, Qubada ermənilərin vəhşiliyi ilə törədilən soyqırımda yəhudilər də qırılıb.  Bizdə dəqiq məlumatlar var ki, 1918-ci ildə  ticarət məqsədilə Xaçmazdan Qubaya neft gətirən yəhudilər ermənilərin quldur dəstəsi tərəfindən bütünlüklə qətlə yetiriblər. Kütləvi məzarlıqda yəhudilərin də sümükləri var”.

“Başqa millətlərdən qız almırıq”

Qeyd etdiyimiz kimi, Qırmızı qəsəbədə yaşayan yəhudilər dədə-baba adət-ənənələrin yaxşı qoruyub saxlayıblar. Qəsəbənin dini icmasının sədri Boris Simanduyev deyir ki, Dağ yəhudiləri digər millətlərdən olan adamlarla qaynayıb qarışsalar da, çalışırlar ki, milli kökdən gələn adətləri qorusunlar: “Biz qubalıların toy və yas mərasimlərinə gedib-gəlirik. Başqa millətlərə qız veririk, ancaq qız almırıq. Ona görə ki, bizdə əsas xətt ana xəttidir”.

 

 

 

Yusif

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir