Modern.az

İndoneziyada 6 qadını belə şallaqladılar - FOTOLAR

İndoneziyada 6 qadını belə şallaqladılar - FOTOLAR

Dünya

14 İyun 2015, 00:14

İndoneziyanın şəriətlə idarə olunan Açe əyalətinin Banda Açe şəhərində 6 nəfər müxtəlif “cinayətlərdən” təqsirli bilinənlərə qırmanc cəzası verilib.

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, cəzalandırılanlardan 2-si evli olmayan universitet tələbələridir, onlara “qanunlara zidd olaraq yalnız vaxt keçirmələri” səbəbindən ikiqat cəza verildiyi açıqlanıb.

Məlumatda bildirilir ki, 18 və 23 yaş arasındakı altı nəfərin cəzalarının icra edilməsini təxminən 1000 adam izləyib. 40 yaşlarındakı başqa bir qadın isə “zina səbəbiylə” qırmanc cəzası alıb. Qadınlardan birinin qırmanc vurulan zaman ağrılardan huşunu itirdiyi bildirilərkən, şəriət hüquqi nümayəndəsi Ridvan qırmanc cəzaları başlamazdan əvvəl verdiyi bəyanatda deyib: “Ümid edirik ki, qırmanc cəzası alanlar səhvlərini anlayacaqlar, xəcalət çəkəcəklər və tövbə edəcəklər”,







Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır