Modern.az

Tiflisdə təbii fəlakət: 10 nəfər ölüb, vəhşi heyvanlar Zooparkdan qaçıb

Tiflisdə təbii fəlakət: 10 nəfər ölüb, vəhşi heyvanlar Zooparkdan qaçıb

Dünya

14 İyun 2015, 13:10

Ötən gecə Gürcüstanın bir çox bölgəsinə, o cümlədən paytaxt Tiflisə leysan yağışlar yağıb. Nəticədə baş vermiş güclü daşqın nəticəsində təkcə Tiflisdə ölənlərin sayı 10 nəfərə çatıb.
Modern.az saytı xəbər verir ki, Gürcüstan mediasının məlumatına görə, bunu şəhər meri David Narmaniya da təsdiqləyib. Təbii fəlakət nəticəsində daha neçə adam itkin düşüb, xəsarət alanlar isə xəstəxanaya yerləşdirilib. İtkin düşənlərin axtarışları davam edir.

Bu arada Gürcüstan polisi Tiflisin mərkəzində yaşayan vətəndaşlara küçələrə çıxmamağı xahiş edib. Polisin məlumatında bildirilir ki, heyvanxananı su basması nəticəsində 6 şir, 6 pələng, 7 ayı və 13 canavar qaçıb və onlar hazırda paytaxt küçələrində ola bilər.

Leysan yağışları nəticəsində Tiflisin mərkəzindəki bəzi küçə və tunellərdə avtomobillərin hərəkəti tam dayandırılıb.

Gürcüstanın bölgələrində bir neçə kəndi də su basıb, evlərə və təsərrüfatlara ciddi ziyan dəyib.



 

Modern.az

   
Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?