Modern.az

Pakistanda “Taliban”ın ən təhlükəli səhra komandiri öldürülüb

Pakistanda “Taliban”ın ən təhlükəli səhra komandiri öldürülüb

15 İyun 2015, 22:15

Əfqanıstanın “Taliban” hərəkatının ən təhlükəli səhra komandirlərindən biri Mir Ahmad Qul Haşmi Pakistanın şimal-qərbindəki Peşəvər şəhərində məhv edilib. Modern.az bildirir ki, bu haqda “Express Tribune” qəzeti taliblərin nümayəndəsi Zabiulla Mudjaxida istinadən məlumat yayıb. Onun sözlərinə görə, iyunun 15-də səhər tezdən Mir Ahmad və onun mühafizəçiləri şəhərdə avtomobillə gedərkən bir qrup yaraqlı atəş açıb. O, aldığı güllə yarasından hadisə yerindəcə keçinib.

Mir Ahmad Qul Haşmi “Taliban”ın ən nüfuzlu səhra komandirlərdən biri hesab olunurdu. O, uzun illər Əfqanıstanın Pakistanla sərhədindəki Nanqarhar əyalətinin “gizli” qubernatoru olub.

Pakistandakı ekstremist qruplardan heç biri hələ ki sui-qəsdlə bağlı cavabdehliyi boynuna götürməyib.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi