Modern.az

Qarabağ separatçılarının “müdafiə naziri”nə Yerevanda vəzifə verildi

Qarabağ separatçılarının “müdafiə naziri”nə Yerevanda vəzifə verildi

15 İyun 2015, 23:31


Prezident Serj Sərkisyan general-leytenant Lev Mnatsakanyanın Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi vəzifəsindən azad olunması haqqında fərman imzalayıb. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, digər fərmanla Qarabağ separatçılarının “müdafiə naziri”, general-leytenant Movses Akopyan həmin vəzifəyə təyin edilib.

Bundan əvvəl Lev Mnatsakanyanın “DQR”in “müdafiə naziri” təyin olunacağı, onu Movses Akopyanın əvəz edəcəyi barədə KİV-lərdə məlumat yayılıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub