Modern.az

Böyük Britaniyada oruc tutmaq qadağan edildi

Böyük Britaniyada oruc tutmaq qadağan edildi

16 İyun 2015, 11:28

Böyük Britaniyanın 4 orta məktəbində təhsil alan müsəlmanlara oruc tutmaq qadağan edilib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, 4 məktəb eyni şəbəkədən idarə olunur və onların rəhbəri Aeron Rayt orucun yasaqlanması barədə hər bir məktəbə yazılı müraciət göndərib. O, məktubunda bunun əsas səbəbini ötən Ramazanda oruc tutan bəzi şagirdlərin dərs zamanı özündən getməsi ilə əsaslandırır.

Aeron Rayt İslam dinində də uşaqların oruc tutmasının vacib sayılmadığını əsas gətirir. O, qadağanın əksinə hərəkət edənlərin bir araya gələrək məsələnin müzakirə edilməsinin mümkünlüyünü də vurğulayıb.

Elmin NURİ 

Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi