Modern.az

“İnter”in keçmiş oyunçusu “Milan”ın baş məşqçisi oldu

“İnter”in keçmiş oyunçusu “Milan”ın baş məşqçisi oldu

16 İyun 2015, 18:37



İtaliyanın “İnter” klubunun keçmiş oyunçusu Sinişa Mixayloviç “Milan”a baş məşqçi təyin olunub. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, 46 yaşlı serbiyalı mütəxəssis İtaliya klubu ilə 2 illik müqavilə imzalayıb. O, bu postda istefa göndərilən Filippo İndzaqini əvəzləyəcək.   
“Milan” başa çatan İtaliya çempionatında 10-cu yeri tutub. Sinişa Mixayloviçin baş məşqçisi olduğu “Sampdoriya” isə ötən mövsümdə  A seriyasını 7-ci yerdə başa vurub.
 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu