Modern.az

Putin Con Kerrini QORXUTDU

Putin Con Kerrini QORXUTDU

16 İyun 2015, 23:20

Rusiya prezidenti Vladimir Putinin ölkənin strateji  nüvə qüvvələri barədə verdiyi açıqlama ABŞ-da narahatlıq yaradıb.

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Con Kerri danışıb.  

ABŞ rəsmisi deyib ki, Vladimir Putinin bəyanatı onu narahat edir:

“Güclü bir dövlətin başçısından belə bəyanat eşidib və bunun nəticələri barədə narahat olmamaq mümkün deyil”,-deyə o bildirib.  

Dövlət katibi söyləyib ki, Kreml rəhbərinin açıqlamasını Rusiyanın özünü nümayiş etdirməsi kimi dəyərləndirmək olar.  

Qeyd edək ki, Vladimir Putin"Ordu -2015" Beynəlxalq hərbi-texniki forumun açılışında bildirib ki, cari ildə istənilən hədəfi məhv edə biləcək 40-dan çox yeni qitələrarası ballistik raket Rusiya ordusuna veriləcək. Onun bu açıqlaması dünya üçün yeni hədə kimi şərh edilir.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi