Modern.az

Dəmirəlin unudulmayan SÖZLƏRİ

Dəmirəlin unudulmayan SÖZLƏRİ

17 İyun 2015, 09:49



Bu gün dünyasını dəyişən Süleyman Dəmirəl Türkiyə siyasi tarixində fərqli şəxsiyyəti ilə tanınan bir dövlət adamı idi. Modern.az saytı Türkiyənin 9-cu dövlət başçısı olmuş Süleyman Dəmirəlin siyasi tarixə damğa vuran sözlərini təqdim edir...

60-cı illər illər… Kipr məsələsi səbəbi ilə İngiltərə ilə Türkiyənin arası pisləşib. Tam da bu sırada Dəmirəl İngiltərəyə ziyarətə gedir. Dönüşdə jurnalistlərlə arasında keçən dialoq isə belə idi:

- Əfəndim, niyə İngiltərə xarici işlər nazirinin əlini sıxdınız?

- Harasını sıxacaqdım qardaşım?

***
Dəmirəl baş nazirdir. 12 ada mövzusunda Yunanıstanla yenə problem yaşanıb, qarşılıqlı olaraq qılınclar çəkilib. Kabinet toplanıb və yığıncaq uzun saatlar sürüb. Bayırda gözləyən jurnalistlər maraqla toplantı sonrası veriləcək şərhi gözləyirlər:

- Hörmətli baş nazir, Yunanıstan Egey dənizinin bir yunan gölü olduğunu iddia edir. Cavabınız nə olacaq?

- Egey bir türk gölü deyil. Egey bir yunan gölü də deyil. Egey onsuz da bir göl də deyil!!!

***

“Benzin var idi də, bizmi icdik?”

Süleyman Dəmirəlin benzinin yoxluğu haqda jurnalistlərdən yönələn suallara verdiyi əfsanəvi cavab:

- Sumu daha qiymətlidir, benzinmi? Təbii ki su, benzin içilməz, amma su içilər.

***

Kırıkkaledə sursat fabriki partlayıb. “Niyə tədbir görülmədiyi” iddiaları qəzet başlıqlarından enməzkən Dəmirəl öz üslubu ilə hadisəni qiymətləndirər:  “Kimin ağılına gələr patlayacagı?

Mən bir gün evimdə oturarkən “Çankayaya çıxım”deyərək çıxmadım”.

***

Müxbir: Əfəndim, dərin dövlət nədir?

Dəmirəl: Dərin dövlət, normal dövlətin relsdən çıxmış halıdır.

***

Dünən dünəndir, bu gün bu gündür.

***

Bir qış PKK atəşkəs elan edərkən Dəmirəl öz üslubu ilə dövlətin dünyagörüşünü çox gözəl yekunlaşdırır:

“Qan tökən insanlar ‘biz qan tökməkdən imtina etdik” deyirsə, “yaxşı etdiniz, alın sizə bir mükafat verək” deyilməsi mümkün deyil. Qan tökən insanlara “aman imtina etməyin, qan tökməyə davam edin” demək də mümkün deyil. Qan tökən insanlar bundan imtina etsələr, “bu yaxşı olmadı” demək də mümkün deyil."

***

Qırx gündə balqabaq yetişməz. (1978-ci ildə Cümhuriyyət Xalq Partiyasının (CHP) 40 gündə türkcə bilməyən müəllimləri müəllim etməsinı görə).

***

-Hörmətli Dəmirəl, Türkiyənin vəziyyətini tək sözlə yekunlaşdırarsınızmı?

Dəmirəl: yaxşıdı..

Hər kəs çaşar, çünki Dəmirəl mövcud vəziyyətə “yaxşı” deyib. Amma davam edər.

Dəmirəl: Amma iki sözlə yekunlaşdırmamı istəsəniz “yaxşı deyil”...

***

Universitet ziyarətlərindən birində sol fikirli bir tələbə Dəmirəli sıxışdırmağa çalışar.

- Türkiyədə edilən hər cür işə sahiblənmək kimi bir adətiniz var…

- Sən harada oturursan?

- Niyə ki? Kadıköydə!

- Ha, işdə bura hər gün gəlmək üçün üstündən keçdiyin körpü var ya...

- ee, bəli

- Onu işdə mən tikdim!

***

Dəmirəl Türkiyənin Avropa Birliyinə girmək üçün tarix götürmə mövzusunu bu lətifə ilə qiymətləndirib:

-Avropa Birliyinə girmək istəyənlər imtahana alınır. Bolqarıstan imtahana girir, “atom bombası nə vaxt atıldı'” deyə soruşulur. “1945” deyir, “keçdin” söylənilir.

Daha sonra Rumıniya imtahana girir. “Atom bombası hara atıldı” soruşulur, “Yaponiya” deyir, “sən də keçdin” söylənilir.

Türkiyəyə sıra gəlincə “atom bombası atıldıqdan sonra ölənlərin adları, soyadları, doğum yerləri, peşələrini söylə” deyilir.

Şərtlər nə qədər ağır olursa olsun, Türkiyə və Avropa çətinlikləri aşacaq və Türkiyə Avropa Birliyinin tam üzvü olacaq.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir