Modern.az

"Cəlilabadda atın qızı öldürməsi hadisəsi qəsdən törədilməyib" - İcra Hakimiyyətindən AÇIQLAMA

"Cəlilabadda atın qızı öldürməsi hadisəsi qəsdən törədilməyib" - İcra Hakimiyyətindən AÇIQLAMA

Aktual

17 İyun 2015, 11:51

Cəlilabad rayonunun Alar kəndində gənc qız faciəli şəkildə ölüb.

Anspress.con-un məlumatına görə, qızı atın quyruğuna bağlayaraq uzun müddət yerlə sürüyüblər.

Məsələ ilə bağlı Modern.az-a açıqlama verən Cəılilabad Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Dürdanə Əliyeva hadisənin qəsdən törədilmədiyini bildirib.

“Hadisə qəsdən törədilməyib, burada cinayət işi yoxdur. Qızın ailəsi mal-heyvan saxlayır və heyvanları örüşə çıxardıblar. Atası atın ipini qıza verib ki,5-10 dəqiqəlik ona baxsın, əlindən buraxmasın, özü də yemək yeyib gəlsin. At isə sahibinin uzaqlaşdığını görüb, ardınca qaçıb. Nəticədə qızı qanqallıqda sürüyüb və qız elə yerindəcə keçinib”.

D.Əliyeva qızın 14 yaşı olduğunu bildirib.

Aytən ƏLİYEVA


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı