Modern.az

Süleyman Dəmirəlin xanımı niyə mətbuata müsahibə vermirdi? - MARAQLI

Süleyman Dəmirəlin xanımı niyə mətbuata müsahibə vermirdi? - MARAQLI

17 İyun 2015, 14:51

Dövlət başçıları və onların xanımları hər zaman ictimaiyyəti ən çox maraqlandıran şəxslər olub. Onların müsahibələri, fikirləri, həyat tərzləri...

Lakin ictimaiyyətə qapalı olan prezident və xanımları da az deyil.  

Modern.az xəbər verir ki, Bu gecə vəfat edən Türkiyənin 9-cu prezidenti  Süleyman Dəmirəlin xanımı Nazmiyə Dəmirəl də mətbuata açıqlama verməyən şəxslərdən olub.  

1960-cı illərin ikinci yarısında, Dəmirəlin baş nazirliyi dövründə “Hayat” jurnalına Nazmiyə Dəmirəl müsahibə vermişdi.

Jurnalistin verdiyi sualların içərəsində “Dəmirəlin gəliri” barədə suala o “gəlir, ailənin gəliridir. Ailənin gəliri ailəyə aiddir. Ailə içində ayrı-seçkilik yoxdur” deyə cavab vermişdi.  

Müsahibə yayımlandıqdan sonra isə məsələ böyümüşdü və ondan sonra Nazmiyə Dəmrəl heç vaxt müsahibə vermədi.  

Süleyman Dəmirəl xanımının mediaya açıqlamalar verməməsini belə izah etmişdi: “Biz Anadoludanıq. Xanım böyük bir səmimiyyət və xoş niyyətlə ailə içərisində ayrı-seçkilik olmadığını qeyd edib.

Bundan sonra əleyhimizə kampaniya başlandı. Daha sonra bir məhkəmə işində bu cavabdan bizə qarşı istifadə edildi. Ondan sonra bizim xanım mediyaya hər zaman qapalı oldu”, deyə keçmiş prezident vurğulamışdı.  

Aytən ƏLİYEVA    

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi