Modern.az

Əhməd Davudoğludan Suriya hakimiyyəti və İŞİD-lə bağlı maraqlı AÇIQLAMA

Əhməd Davudoğludan Suriya hakimiyyəti və İŞİD-lə bağlı maraqlı AÇIQLAMA

18 İyun 2015, 09:40

Türkiyənin baş naziri Əhməd Davudoğlu Suriyada İŞİD terrorçuları ilə kürd döyüşçüləri arasında gedən döyüşlərlə bağlı açıqlama verib.

Modern.az saytı Türkiyə KİV-nə istinadən xəbər verir ki, Əhməd Davudoğlu Suriyanın şimalında yerləşən Təl Abyad uğrunda gedən qanlı döyüşlərdən sonra 23 min nəfərin ölkəsinə gəldiyini bəyan edib.  

Hökumət başçısı bildirib ki, Türkiyə İŞİD-ə qarşı aparılan əməliyyatları, bu terror şəbəkəsinin mövqelərinə endirilən zərbələri hər zaman dəstəkləyir.  

O, Suriya hakimiyyətinin Haseke şəhərində  İŞİD terrorçuları ilə görüşdüyünü vurğulayıb:  

“27-28 mayda Azad Suriya Ordusu Hələbdə önəmli mövqeləri ələ keçirdi. Lakin Suriya rejimi PYD-nin nəzarətində olan yaxın bir yerdə İŞİD təmsilçiləri ilə görüşdü. Bundan sonra Suriya qüvvələri iki bölgədən geri çəkildi və İŞİD irəliləməyə başladı.  

Azzazın şimalında PYD nəzarətinə yaxın olan ərazilərdə İŞİD koordinasiyalı bir şəkildə Azad Suriya Ordusuna hücum etdi. Hədəfləri isə Azzazı alıb, Trükiyə sərhədində yerləşən Kilisə qədər olan əraziləri ələ keçirməkdir. Bununla da PYD və İŞİD paylaşacağı bir xətt formalaşdırmaq istəyirlər. Rejim isə buna və PYD-yə hava dəstəyi verdi”,-deyə baş nazir qeyd edib.

Məlumat üçün bildirək ki, PYD PKK-nın Suriya qanadıdır.  

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir