Modern.az

“Qarabağ problemi Türk dünyasının ortaq problemidir”

“Qarabağ problemi Türk dünyasının ortaq problemidir”

Qarabağ

4 Oktyabr 2010, 18:48

“Ortaq Dəyərlər”  İctimai Birliyi “Qarabağ problemi Türk dünyasının ortaq problemidir” adlı layihənin icrasına başlayıb. Üç aylıq layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçiriləcək.

“Ortaq Dəyərlər”  İctimai Birliyinin sədri Aqil Camalın verdiyi məlumata görə  layihə əsasən Türk dünyası mediası vasitəsilə icra olunacaq: “Layihə çərçivəsində Dağlıq Qarabağ probleminin tarixini, mahiyyətini,  sülh danışıqları prosesini və s. əhatə edən məqalələr hazırlanacaq və Türk dövlətlərinin ləhcələrinə uyğunlaşdırılaraq o ölkənin KİV-də yayımlanacaq. Eyni zamanda Türk dünyasının  tanınmış insanlarının Qarabağ mövzusunda yazıları və müsahibələri Azərbaycan mətbuatında dərc olunacaq”.

Layihədə Azərbaycanda təhsil alan Türk Dünyasından olan tələbələrə Qarabağ mövzusunda seminarların keçirilməsi də nəzərdə tutulub.
Layihə çərçivəsində qurulacaq saytda müxtəlif Türk ləhcələrində Qarabağ probleminin həlli ilə bağlı Azərbaycanın haqlı mövqeyini əks etdirən mətnlər yerləşdiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı