Modern.az

Səfirin “Slavyan dənizindəki latin adasinda” kitabi çapdan çixıb

Səfirin “Slavyan dənizindəki latin adasinda” kitabi çapdan çixıb

5 Oktyabr 2010, 11:00

Azərbaycanın Rumıniyadakı səfiri, hüquq elmləri doktoru Eldar Həsənovun “Slavyan dənizindəki latın adasında” kitabı “Azərnəşr”də nəfis şəkildə çapdan çıxıb.
Eldar Həsənovun təqdim etdiyi kitab Azərbaycan oxucusunu Şərqi Avropa regionuna qiyabi səyahətə dəvət etməklə, konkret olaraq Rumıniyanın nümunəsində bu maraqlı ölkənin mövcud gerçəklikləri, tarixi keçmişi, müasir həyatı, zəngin mədəniyyəti, görkəmli adamları haqqında ətraflı məlumat verir.
Müəllif, həmçinin kitabında Azərbaycan ilə Rumıniya arasında gündən-günə genişlənən dostluq və əməkdaşlıq əlaqələrindən söz açır.
Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq Yazıçısı Çingiz Abdullayevin yeni nəşrə yazdığı “ön söz”də deyildiyi kimi, indiyədək dövri mətbuatda elmi-publisistik məqalələrlə çıxış edən, əsasən də sivil bəşəriyyətin sosial bəlasına çevrilmiş narkotika problemlərini araşdıran və ciddi tədqiqatlar ortaya qoyan müəllif bu kitabda həyatının son on ilini yaşadığı Rumıniya haqqında oxuculara geniş məlumat verir.

Bu gün Rumıniyanın ölkəmizdəki səfirliyində kitabın təqdimatı olacaq.

Modern.az 

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır