Modern.az

Danimarka parlamentinə seçkilərdə müxalifət qalib gəldi

Danimarka parlamentinə seçkilərdə müxalifət qalib gəldi

19 İyun 2015, 11:11



Danimarka parlamentinə keçirilən seçkilərdə Lars Lekke Rasmussenin liderliyi ilə sağ mərkəzçi blok qalib gəlib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bütün səslər hesablanandan sonra mühafizəkar partiyaların koalisiyası parlamentdəki 175 mandatın 90-nını qazanıb. Baş nazir, sosial-demokratların lideri  Xelle Tornunq-Şmidtin rəhbərlik etdiyi hakim koalisiya 85 yer əldə edib.

Rasmussen artıq baş nazir postunun tutmağa hazır olduğunu bəyan edib.

Lars Lekke Rasmussenin həm parlamentdə, həm də ölkə hökumətində siyasətçi kim böyük təcrübəsi var. O, 2001-ci ildən 2007-ci ilə qədər daxili işlər naziri olub, 2007-2009-cu illərdə maliyyə naziri, 2009-2011-ci illərdə isə baş nazir işləyib.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!