Modern.az

77 nəfəri güllələyən terrorçu siyasətçi olmaq qərarına gəlib

77 nəfəri güllələyən terrorçu siyasətçi olmaq qərarına gəlib

19 İyun 2015, 12:05


Norveçdə 77 nəfəri güllələyən terrorçu Anders Breyvik Oslo Universitetində qiyabi politoloq ixtisası üzrə təhsil almaq niyyətindədir. Modern.az saytı xarici KİV-ə istinadən bildirir ki, o artıq həbsxanadan qəbul olunmaq üçün zəruri sənədləri yollayıb.

Anders Breyvik 2011-ci ilin iyul ayında Oslo şəhərindəki hökumət məhəlləsində bomba partladıb, sonra isə Utoyya adasındakı gənclər düşərgəsindəki insanları güllələyib. Onun bu dəhşətli hərəkəti nəticəsində ümumilikdə 77 nəfər ölüb. O, addımının səbəbini Avropanın islamlaşmasının əleyhinə olması ilə izah edib. Məhkəmə onun 21 azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb.

Modern.az  
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir