Modern.az

Türkiyədəki seçkilərə Obama və Merkelin texnoloqları müdaxilə edib

Türkiyədəki seçkilərə Obama və Merkelin texnoloqları müdaxilə edib

19 İyun 2015, 14:43

Türkiyə Böyük Millət Məclisinə (TBMM) iyun ayının 7-də keçirilən seçkilərdə PKK-nın siyasi qanadı olan Xalqların Demokratik Partiyası (HDP) 10 faizlik baryeri aşaraq parlamentə keçdi.

HDP-nin uğur qazanmasının səbəbləri siyahısında bir çox amillər böyük rol oynadı. Birincisi HDP kürdlərin “əzilən” haqlarının alovlu müdafiəçisi qiyafəsində çıxış etdiyinə görə, böyük elektorat toplaya bildi.  

İkinci bir tərəfdən isə PKK kimi terror təşkilatını himayə edən güclər Türkiyədəki siyasi mövqelərini möhkəmlətmək üçün heç şübhəsiz ki, HDP-yə gizli dəstək göstəriblər.  

Türkiyənin diplomatik mənbələrindən Modern.az saytına məsələ ilə bağlı şok məlumat daxil olub. Verilən informasiyaya görə HDP-nin seçki kampaniyasının uğurlu keçməsi və parlamentə düşməsinə konkret olaraq ABŞ və Almaniyanın seçki texnoloqları ciddi dəstək göstəriblər.  

Məlumatda bildirilib ki, ABŞ prezidenti Barak Obamanın və Almaniya kansleri Angela Merkelin siyasi kampaniya strategiyasını müəyyən  analitikləri HDP üçün böyük yardımlar ediblər.   Məhz buna görə də HDP Qərb siyasi təcrübəsinin bəhrəsini görərək parlamentdə 80 deputat yeri qazandı.  

Əslində HDP-nin uğuru böyük güclərin maraq dairəsinə daxildir, ona görə də seçki nəticələri Türkiyə siyasi həyatı üçün xoşbəxt perspektiv vəd etmədiyini deyə bilərik.  

Böyük dövlətlərin kəşfiyyat orqanlarının Türkiyədə dərin kök saldığını da göz önünə gətirsək, bu zaman HDP-nin xeyir-duası ilə vəziyyətin siyasi böhran həddinə gəlib çıxacağını da gözləmək olar.

Türkiyəyə ərazi iddiaları irəli sürən PKK-nın parlamentdə dayaqları gücləndiyini də bura əlavə etsək, ölkədə xaotik siyasi mənzərənin yaranmasının qaçılmazlığı ehtimalı güclənir.  

Qeyd edək ki, Türkiyədə keçirilən parlament seçkilərində hakim Ədalət və İnkişaf Partiyası (AKP) 258 Cümhuriyyət Xalq Partiyası (CHP) 132, Milliyyətçi Hərəkat Partiyası (MHP)  və  HDP isə hərəsi 80 deputat yeri qazanıb.  

AKP-nin seçkidə qələbə qazanmasına baxmayaraq təkbaşına iqtidar qurmaq üçün yetərli səs yığmaması ölkədə koalisiya hökumətinin yaranmasını zəruri edir.  

Görünən isə odur ki, HDP yalnız CHP ilə koalisiyaya gedə bilər, çünki PKK-nın siyasi tərəfi ilə AKP və MHP arasında dərin ideoloji fərqlər mövcuddur.  

Aqşin Kərimov  


Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?