Modern.az

Leyla Əiyeva - Ey mənim məhəbbətim...

Leyla Əiyeva - Ey mənim məhəbbətim...

19 İyun 2015, 22:31

Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib. “Ey mənim məhəbbətim” adlı şeiri oxucuların ixtiyarına veririk.

Sevgilərin  ülvisi
Allahımın bəxşişi,
Ey mənim məhəbbətim.
Tanrıya dua edib
Diləmişdim mən səni.
Duam Göylərə yetdi,
Allahım hədiyyəmi
Mələyiylə yetirdi:
O sən idin, ay  sevgim...

Gülüşün aydın səma,
Gözlərinsə bir Günəş.
Saatlarla, günlərlə
Baxaram, heç doymaram.
İlahi yuxulardan
Yerdə ayıldım  ki, mən
Gerçəkdən qucaqlaya,
Səni oxşaya biləm.

Sən məlhəmsən qəmimə
Dərmansan özləntimə.
Səhərimə işıqsan,
Gecəmə  yaraşıqsan.
Öpürəm əllərindən.
Öpürəm, heç doymuram.
Hər kəsdən qiymətlisən,
Əzizsən ürəyimə.

Sən bir başqa birisən,
Başın üstə mələklər.
Müqəddəs yuxuları
Bil, çətin ki, unudam..
Ruhun dərin qatına
Yığıram mən onları.
Dan yeri söküləndə
Gün almasın əlimdən.

Ey ülvi məhəbbətim,
Sən ki  bilirdin bunu!
İlk baxışdan, görüşdən
Anlamışdım;  
          mən səni
Heç zaman İtirmərəm...
Qəlbin dərinliyində
Əbədi gəzdirəcəm.

İndi də yanımdasan...
Yağmurdan heç qorxum yox!
Heç duyulurmu tufan?
Eşidilirmi şimşək?
Tanrı gözəl dünyada
Yuxulara inanan
cavabsız sevgilərə
Kiçik bir körpü qurub.
Qoy çatsınlar vüsala -
Sevgililər röyada,
Heç zaman çin olmayan
Şirin yuxularında...

Rus dilindən çevirəni: Mahir Qabiloğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər