Modern.az

Türkiyədə yeni seçilən deputatlar iyunun 23-də and içəcəklər

Türkiyədə yeni seçilən deputatlar iyunun 23-də and içəcəklər

Dünya

22 İyun 2015, 09:19

Türkiyə Böyük Millət Məclisinə (TBMM) iyunun 7-də keçirilən seçkilərdə mandat qazanan millət vəkiləri iyunun 23-də and içəcəklər. Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, ilk iclasdan başlayaraq parlament sədri seçilənə qədər ən yaşlı deputat, 77 yaşlı Cümhuriyyət Xalq Partiyasının (CHP) Antalya millət vəkili Dəniz Baykal müvəqqəti sədrlik vəzifəsini yerinə yetirəcək. Baykal bu vəzifəni əvvəlki məclis sədri Cəmil Çiçəkdən aldıqdan sonra deputatlar və parlamentin əməkdaşları saat 14:00-da TBMM-in şəhərciyindəki Atatürküm abidəsinin önünə əklil qoyaraq, onun xtirəsini bir dəqiqə sükutla yad edəcəklər.

TBMM-nin Baş Assambleyası müvəqqəti sədr Baykal başda saat 15:00-da toplanacaq. Baykalı Rəyasət Heyətində ən gənc altı deputat müşayiət edəcək. Yüksək Seçkim Kurulundan göndərilən siyahıdakı ən gənc millət vəkilləri bunlardır:

1989-cu təvəllüdlü Xalqların Demokratik Partiyasından (HDP) Van millət vəkili Tuğba Hezer, 1988-ci il təvəllüdlü Ədalət və İnkişaf Partiyasından (AKP) Tokat millət vəkili Fatma Gaye Güler, 1987-ci il təvəllüdlü HDP Şanlıurfa millət vəkili Dilek Öcalan, 1987-ci il təvəllüdlü AKP İstanbul millət vəkili Abdurrahim  Boynukalın, 1986-cı il təvəllüdlü HDP Mardin millət vəkili Enise Güneyli və 1986-cı il təvəllüdlü AKP Antalya millət vəkili Sena Nur Çelik.

Baykal, Türkiyə Böyük Millət Məclisinin Baş Məclisində ilk iclası açdıqdan sonra əvvəl özü and içəcək, daha sonra deputatlar rayonlarına görə tribunadan and içəcəklər. Məclisin ilk iclasında başqa bir məsələ müzakirə edilməyəcək. Andiçmə mərasimində olmayan millət vəkilləri iştirak etdikləri ilk iclasın əvvəlində and içəcəklər.

Andiçmədən sonrakı ilk iş 26-cı dəfə seçilən Məclisin sədrini seçmək olacaq. Sədrliyə namizədlər iyunun 23-dən başlayaraq 27-nə saat 24:00-a qədər müraciətlərini sədrlik divanına təqdim edəcək. Sonrakı 5 gündə isə sədrlik üçün seçim turları keçiriləcək. Məşvərət Şurasının toplaşaraq seçki turlarının nə vaxt aparılacağını müəyyənləşdirməsi gözlənilir.

TBMM-ə sədr seçkisi gizli keçiriləcək.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!