Modern.az

Rusiyanın təhlükəsizlik şefi: “ABŞ Ukraynadakı dövlət çevrilişinə 5 milyard dollar xərcləyib”

Rusiyanın təhlükəsizlik şefi: “ABŞ Ukraynadakı dövlət çevrilişinə 5 milyard dollar xərcləyib”

22 İyun 2015, 11:01


ABŞ Ukraynadakı dövlət çevrilişini təşkil etmək üçün 5 milyard dollar xərcləyib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev bəyan edib: “Bundan əlavə, ABŞ Ukraynadakı münaqişənin də təşəbbüsçüsüdür. Bütün bu hadisələrin də təşəbbüsçüsü onlardır. Barak Obama müsahibələrin birində bunu etiraf edib”.

Onun fikrincə, Ukraynada hakimiyyətin dəyişməsi orada baş verən hadisələrin təkanı olub. “Kerinin (ABŞ-ın dövlət katibi) Viktoriya Nuland adlı köməkçisi ABŞ-ın bu hadisələri təşkil etmək üçün 5 milyard dollar xərclədiyini səsləndirib”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir