Modern.az

Mübariz Əhmədoğu: “Ermənistan Qafqaz üçün təhlükə mənbəyidir”

Mübariz Əhmədoğu: “Ermənistan Qafqaz üçün təhlükə mənbəyidir”

5 Oktyabr 2010, 16:30

Bu gün Siyasi İnnovasiya və Texnologiya Mərkəzi (SİTM) sentyabr ayında beynəlxalq və regional aləmdə baş verən ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb.

Modern.az xəbər verir ki, hesabatı təqdim edən SİTM sədri Mübariz Əhmədoğlu bildirib ki, 2010-cu ilin sentyabr ayını Azərbaycanın siyasi tarixinin ən uğurlu dövrlərindən biri hesab etmək olar. Onun sözlərinə görə, müxtəlif istiqamətlərdə baş verən dəyişikliklər Azərbaycanın xarici siyasətində və Dağlıq Qarabağ münaqişəsinin həllində keyfiyyət dəyişikliyi yaradıb.

M.Əhmədoğlu deyib ki, AGRİ layihəsinin reallaşması Azərbaycanın müstəqil siyasət aparmaq imkanının, beynəlxalq layihələr reallaşdırmaq bacarığının ən gözəl sübutudur:
“Sentyabr ayı Azərbaycan üçün məhsuldar keçdi. Rusiya prezidenti Dmitri Medvedyev Azərbaycanda rəsmi səfərdə oldu. Rusiya dövlət başmısının ölkəmizə səfəri təkcə ikitərəfli münasibətlərdə deyil, həm də regional siyasətdə iki dəvlətin qarşılıqlı münasıbətlərində yeni keyfiyyət yaratdı. ABŞ prezidenti Barak Obama ilə prezident İlham Əliyevin görüşü də çox əhəmiyyətli oldu. Çünki belə bir görüşün keçirilməməsi ABŞ-ın regional siyasətdə geriləməsi kimi yozulurdu. Ötən ay həmçinin Türkiyə ilə Azərbaycan arasında yüksək səviyyəli Strateji Əməkdaşlıq Qurumu yaradıldı. Qərb ekspertləri bu qənaətdə idilər ki, AGRİ layihəsinin reallaşması Türkiyə və Rusiyanın siyasi dairələrində narazılıqla qaşılanacaq. Amma hazırda Azərbaycanın həm Rusiya, həm də Türkiyə ilə münasibətləri yeni keyfiyyət mərhələsinə daxil olub. Ümumiyyətlə, son vaxtlar Azərbaycanın beynəlxalq aləmdəki mövqeyi nəzərəçarpacaq dərəcədə güclənib”.

SİTM sədri Şimali Qafqazda gedən proseslərə də münasibət bildirib. Ermənistanı region üçün təhlükə mənbəyi hesab edən M.Əhmədoğlu bu ölkənin müstəqil siyasət apara bilmədiyini deyib: “Qafqazda oyunçuların sayını azaltmaq lazımdır. Əgər buna nail olmuruqsa, heç olmasa oyunçuların sayının artmasına imkan verməməliyik. Amma Ermənistan bunun əksini edir. Ermənistan belə həssas məqamda Çini, Suriyanı Qafqaza gətirir. Təbii ki, Ermənistan hansısa dövlətə doğru bir addım atırsa, Azərbaycan iki addım atacaq. Ermənistanın siyasəti Qafqazda gərginliyin artmasına xidmət edir. Ermənistan təkcə Azərbaycan deyil, bütövlükdə Qafqaz üçün təhlükə mənbəyidir”.

M.Əhmədoğlu mətbuat konfransında Emənistanda daxili-siyasi vəziyyətin getdikcə gərginləşdiyini bildirib. Politoloq deyib ki, Ermənistan ordusunun yüksək rütbəli zabitləri arasında ciddi konflikt var: “Ermənistanın müdafiə naziri Seyran Ohanyanla Baş Qərargah rəisi Xaçaturovun münasibətləri düşmənçilik həddinə çatıb. Sarkisyan zəif fiqur olduğu üçün orduda müxtəlif münaqişə ocaqları yaradıb. Hazırda Ermənistan ordusu çağırışçılardan və müqavilə  əsasında xidmət edən hərbçilərdən təşkil olunub. Müqavilə asasında xidmət edən bu hərbçilərin əksəriyyətinin 35 yaşı var. Onlar müharibə vaxtı Azərbaycana qarşı vuruşublar. 35 yaşlı keçmiş döyüşçülərlə 18 yaşlı gənclərin bir yerdə xidmət etməsi orduda ciddi nizamsızlığa zəmin yaradır. Ermənistan ordusunda “Vyetnam sindromu” hökm sürür”.


Modern.az 

Whatsapp
Bizə yazın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı