Modern.az

Fəzail Ağamalı rəqibi barədə bəyanat verdi

Fəzail Ağamalı rəqibi barədə bəyanat verdi

Qarabağ

5 Oktyabr 2010, 16:37

Milli Məclisə 60 saylı Salyan - Neftçala seçki dairəsindən namizəd, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı bu günm bəyanatla çıxış edib. Modern.az-a daxil olan bəyanatda bildirilib:

“7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərində iştirak etmək üçün namizədliyimi 60 saylı Salyan - Neftçala seçki dairəsindən irəli sürmüş, Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq dairədən imza vərəqələri almış, onları tərəfdarlarım vasitəsilə, təlimata uyğun yekunlaşdırmış və 21 sentyabr 2010-cu ildə seçki dairəsinə təhvil vermiş, 27 sentyabr 2010-cu ildə namizədliyim Dairə Seçki Komissiyası tərəfindən qeydiyyata alınmışdır.

Təssüf edirəm ki, namizədliyimi irəli sürdüyüm andan bu günə qədər 60 saylı Salyan - Neftçala seçki dairəsindən namizədliyini irəli sürən İlqar Məmmədov himayədarlarının fəal köməyi və yardımı ilə qanunvericiliklə nəzərdə tutulan prinsiplərə məhəl qoymadan mənə qarşı böhtan kompaniyasını aparmaqda, ayrı-ayrı KİV-ə yalan, qərəz dolu müsahibələr və materiallar verməklə mənim hüquqlarımı kobud şəkildə pozmaqda davam edir. Heç bir fakta, arqumentə söykənməyən bu tip müsahibə, açıqlama və müraciətlər bir tərəfdən mənim qanunvericiliklə müəyyən olunan hüquqlarımı kobudcasına pozmaq və seçicilərin iradəsinə müdaxilə etmək, digər tərəfdən heç bir əsas olmadan seçkilərin demokratik, ədalətli və şəffaf keçirilməsinə əvvəlcədən kölgə salmaq deməkdir.

Mənə qarşı düşünülmüş şəkildə və sistemli olaraq yönəldilən böhtan kompaniyasına qarşı öz kəskin etirazımı bildirir, seçki prosesi başlayandan indiyədək olduğu kimi, bundan sonra da qanunların aliliyinə tam rəiyyət edəcəyimi bəyan edir və rəqiblərimi də qanun çərçivəsində, sivil və demokratik dəyərlərə söykənərək fəaliyyət göstərməyə çağırıram”

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!