Modern.az

Putinin davranışlarına ADEKVAT: Müharibə ANONSU

Putinin davranışlarına ADEKVAT: Müharibə ANONSU

23 İyun 2015, 01:12

 

Rusiya prezidenti Vladimir Putin Ukrayna böhranını özünün yaratdığı miflə izah etməkdən əl çəkmir. Bu mifologiyada yeni soyuq müharibənin başlanmasına görə Qərb günahkar göstərilir və sanksiyaların Rusiya iqtisadiyyatına guya  təsir etmədiyi bildirilir.

Modern.az saytının verdiyi xəbərə görə ABŞ-ın məşhur “The New York Times” qəzetinin redaksiya məqaləsində belə yazılıb.  

Qeyd olunub ki, Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaların müddətini uzatması Vladimir Putin üçün böyük uğursuzluqdur.  

Analitik məqalədə vurğulanıb  ki, Avropa İttifaqında Rusiya ilə bağlı münasibətlərdə fikir ayrılıqları olsa da, bu təşkilat prinsipial məsələlərdə vahid mövqe nümayiş etdirir.  

Yazıda Kreml başçısının Rusiya qoşunlarını Ukraynadan çıxarmasının qarşıdurmalara son qoyacağı da diqqətə çatdırılıb.

“Əgər Putin qoşunları Ukrayandan çıxaracaqsa və Rusiyanın dəstəyindən istifadə edən separatçılara dəstəkdən imtina edəcəksə, gərginlik olmayacaq. Lakin Putin bunu etməsə, NATO Rusiyanın sərhədlərində möhkəmlənəcək.

Ona görə yox ki, NATO bu istiqamətdə hərəkət etmək istəyir. Amma Rusiyanın davranışlarına adekvat olan yeganə alternativ budur. Bu isə nə Rusiyanın, nə Qərbin maraqlarına cavab verir”,-deyə bildirilib.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi