Modern.az

Türkiyə ilə İsrail arasında sürpriz görüş

Türkiyə ilə İsrail arasında sürpriz görüş

Dünya

23 İyun 2015, 10:36



İsraildə çap olunan “Haaretz” qəzeti İsraillə Türkiyə arasında sürpriz bir görüş keçirildiyi haqda yazıb. Modern.az Türkiyə KİV-nə istinadən bildirir ki, xəbərdə Türkiyə və İsrail Xarici İşlər nazirlikləri səlahiyyətlilərinin İtaliyada bir araya gəldiyi qeyd edilir. Türkiyə Xarici İşlər Nazirliyindəki mənbələr bu görüşü təsdiqləyib, ancaq başqa detallar haqda məlumat verilməyib.

“Haaretz” qəzetindəki xəbərə görə, Türkiyə Xarici İşlər Nazirliyinin məsləhətçisi Feridun Sinirlioğlu İtaliyanın paytaxtı Romada İsrail Xarici İşlər Nazirliyinin baş direktoru Dore Goldla bir araya gəlib. Bu görüş İsrail tərəfində olduqca gizli saxlanılıb. Hətta Goldin İsrail Milli Təhlükəsizlik Nazirliyinin məsləhətçisini belə, məlumatlandırmadığı da bildirilir.

2013-cü ilin mart ayında ABŞ prezidenti Barak Obamanın İsrail ziyarəti zamanı bu ölkənin baş naziri Benyamin Netanyahunun o zaman Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğanı arayaraq “Mavi Marmara” gəmisinə basqından ötrü üzr istətmişdi Bu üzrxahlığın ardından iki ölkə arasında əlaqələrin normallaşması üçün addımlar atılmış və “Mavi Marmara” gəmisinə basqına görə təzminatı da özündə əks etdirən ilkin bir razılaşma hazırlanmışdı. Ancaq İsrailin baş naziri Netanyahu bu razılaşmanı təsdiq etməmişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar