Modern.az

Jurnalistlər pulsuz müayinə olunacaqlar

Jurnalistlər pulsuz müayinə olunacaqlar

Qarabağ

5 Oktyabr 2010, 17:39

«Viral Hepatitlə Savaş Dərnəyi»nin, «Lider Qadınlar» İctimai Birliyinin, Azərbaycan Qadın Jurnalistlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Hepatit xəstəliyinə qarşı mübarizə kampaniyasına başlanılması ilə əlaqədar təqdimat mərasimi keçirilib.
Modern.az xəbər verir ki, mərasimdə çıxış edən «Viral Hepatitə qarşı Savaşım Dərnəyi»nin başqanı, Ankara Tibb Universitetinin infeksion xəstəliklər kafedrasının müdiri, professor İsmayıl Balık bildirib ki, Hepatit virusları insanlar arasında geniş yayılmış xəstəlikdir.
”Dünyada 500 milyon xroniki Hepatit C və B xəstəsi var və hər 12 nəfərdən biri bu viruslardan birinin daşıyıcısıdır. Təəssüf ki, yoluxmuş insanlardan çoxunun bundan xəbəri yoxdur.  Xəstəliyə qarşı mübarizənin əsas hədəflərindən biri insanların maarifləndirilməsidir. Türkiyədə yaradılmış «Hepatitə Qarşı Savaş Dərnəyi»nin də əsas məqsədi insanlar arasında maarifləndirmə aparmaq, milləti böyük bəlanın təhlükəsindən xilas etmək üçün səyyar müayinələri təşkil etməkdir. Mən yuxarıda hər 12 nəfərdən bir insanın bu vürusların daşıyıcısı olduğunu qeyd etmişdim. Ancaq təəssüflər olsun ki, Türkiyədə elə bölgələr var ki, hər 6-7 nəfərdən biri Hepatit xəstəsidir. Bu xəstəlik uzun müddətli, orqanizmdə  gizli gedən bir xəstəlikdir.  Müalicəsidə çox baha başa gəlir. Ancaq vaxtında məlumatlı olsan xəstəliyi erkən dövrlərində heç bir fəsad vermədən tamamilə müalicə etmək mümkündür.
«Viral Hepatitlə Savaşım Dərnəy»inə Türkiyə «Qızıl Ay»Cəmiyyəti, Ankara Tibb Universiteti və bir çox başqa təşkilatlar köməklik göstərir. Burada ən son model tibbi avadanlıqlardan istifadə olunur.  Oktyabrın 5-dən 20 qədər Azərbaycanda səyyar müayinələr təşkil etməyimizin səbəbi odur ki, bizi ortaq tarix, mədəniyyət, dil və din eyniliyi kimi çox ümdə məsələlər birləşdirir. Türk xalqları əsrlər boyu bir yerdə yaşayıb, bir yerdə çalışıb, ortaq mədəniyyət yaradıb və ondan bəhrələniblər. Ən çətin məqamda, ən mürəkkəb tarixi situasiyalarda türk xalqları bir-birilərinə yardımlarını əsirgəməyiblər”.


Hepatitlə mübarizə kampaniyasının koordinatoru Rəqsanə Cəlilova bildirib ki, Xəzər rayonundan başlanan müayinə tədbirləri bir çox bölgələri də əhatə edəcək. Müayinələrin təşkilində diqqətçəkən məqamlardan biridə ağır xəstəliyi olan xəstəlrin Ankara Tibb Mərkəzi tərfindən pulsuz müalicəsinin təşkilidir.

Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının rəhbəri Sevil Yusifova da kampaniya haqqında qısa məlumat verdikdən sonra bildirib ki, jurnalistlərin bu aksiyada fəal iştirak çox vacibdir.
“Çünki əhali məhz mətbuatın vasitəsi ilə bu xəstəlik barədə məlumat əldə edir. Bu aksiyanın daha uğurlu aparılmasında da məhz medianın rolu əvəzsizdir”.
 Sonra AJQA-nın rəhbəri Sevil Yusifovanın təşəbbüsü ilə qərara alınıb ki, oktyabrın 6-da səyyar laboratoriya jurnalistləri pulsuz müayinə edəcək.
Laborator xidmət «Elmlər Akademiyası» meteostansiyası yaxınlığında bütün jurnalistlər üçün təşkil olunacaq. Ümumiyyətlə, tədbirlərin harada keçirilməsi haqqında məlumatlar əhaliyə müntəzəm olaraq çatdırılacaq ki, hər kəsin xəbəri olsun.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür