Modern.az

MSK Pərviz Həşimlinin şikayətini müzakirəyə çıxarıb

MSK Pərviz Həşimlinin şikayətini müzakirəyə çıxarıb

5 Oktyabr 2010, 19:03

Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında Siyasi və mülki Hüquqları Müdafiə Mərkəzinin rəhbəri, «AXCP-Müsavat» seçki blokunun Gəncə Şəhər 39 Saylı Kəpəz birinci seçki dairəsindən olan vahid namizədi Pərviz Həşimlinin şikayəti müzakirəyə çıxarılıb. Bu barədə məlumatı Modern.az-a onun özü verib. P.Həşimlinin sözlərinə görə, Gəncə 39 Saylı DSK-nın onun namizədliyinin qeydə alınmasından imtinası barədə qərarından verilən şikayət MSK-nın müzakirəsinə çıxarılıb:
«İclasda qərara alındı ki, şikayətimin araşdırılması müddəti davam etdirilsin. Bu araşdırma isə 2-3 gün çəkəcək. Sonra yenidən müzakirə üçün MSK-nın gündəliyinə çıxarılacaq».

Xatırladaq ki, 39 Saylı DSK yetərsay olmadan keçirilən iclasında hüquq müdafiəçinin deputatlığa namizədliyinin qeydə alınmasından imtina edilib.
Belə ki, P.Həşimilinin müdafiəsi üçün toplanan imzaların yoxlanmasında nə özünün, nə də səlahiyyətli nümayəndəsinin iştirakı təmin edilməyib. İclasda iştirak etmək istəyən səlahiyyətli nümayəndə Ərşad İbrahimli isə DSK-da hədələnib. DSK-nın qərarı barədə də namizəd iclasdan sonra məlumat əldə edib. Bütün bunları nəzərə alan Pərviz Həşimli DSK-nın qərarından MSK-ya şikayət edib.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Əliyev Putinlə görüşə gedir