Modern.az

Yerevanda xalq yenidən ayağa qalxdı, etiraz aksiyası başladı

Yerevanda xalq yenidən ayağa qalxdı, etiraz aksiyası başladı

23 İyun 2015, 21:49


Elektrik enerjisinin qiymətinin artırılması ilə razılaşmayanlar yenidən Yerevandakı “Azadlıq” meydanına toplaşıblar. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, paytaxtdakı marşal Baqramyan prospektində hərəkət dayandırılıb.

“Soyğunçuluğa yox” təşəbbüs qrupunun üzvləri onların əvvəl saxlanılan tərəfdarlarının artıq azadlığa buraxıldıqlarını və tezliklə aksiya iştirakçılarına qoşulacaqları haqda xəbər verib. Onlar qeyd ediblər ki, etiraz formasından asılı olmayaraq, dinc xarakter daşıyacaq və nə hakimiyyət, nə də polis əleyhinə yönələcək: “Bizim tələbimiz dəyişməzdir – elektrik enerjisinin qiymətinin artırılması ilə bağlı qərarı ləğv etmək və əvvəlki qiymətə yenidən baxmaq”.

Digər məlumata görə, nümayişçilər yenə də Baqramyan prospektinə hərəkət etməklə Prezident Rezidensiyasına yaxınlaşmağa cəhd etsələr də, yarı yoldan qaytarılıblar.Təşkilatçılar bu qərarın səbəbini izah edərkən deyiblər ki, məqsəd meydanda bütün tərəfdarları gözləmək, yalnız yekdil şəkildə Prezident Rezidensiyasına doğru hərəkət etməkdir.

Aksiyada 5 minə yaxın adamın iştirak etdiyi bildirilir. Ancaq getdikcə sayları artır. Coxsaylı polis qüvvələri isə tələsik Baqramyan prospektinə yerləşdirilir.

Xatırladaq ki, iyunun 23-də səhər saatlarında güc tətbiq etməklə dağıdılan aksiyada 237 nəfər saxlanılıb. Qarşıdurmalar zamanı 25 nəfərin xəsarət aldığı bildirilirdi.


Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı