Modern.az

Yerevana xüsusi hərbi dəstələr gətirilir - aksiyanı dağıtmaq üçün

Yerevana xüsusi hərbi dəstələr gətirilir - aksiyanı dağıtmaq üçün

24 İyun 2015, 00:19

Ermənistanın vilayətlərindən paytaxtda elektrik enerjisinin qiymətinin artırılmasının əleyhinə keçirilən etiraz aksiyaları ilə bağlı situasiyanı nəzarətdə saxlamaq üçün xüsusi hərbi dəstələr gətirilir. Modern.az Ermənistan KİV-nə istinadən bildirir ki, bu haqda Müdafiə Nazirliyindəki mənbə məlumat verib. Mənbənin bildirdiyinə görə, paytaxta artıq İcevandan belə dəstə gəlib. Yerevana gətirilən hərbçilər Nubaraşendəki hərbi hissəyə yerləşdirilib və situasiya gərginləşəcəyi təqdirdə hücum əmri gözləyirlər.

Hazırda Yerevanın “Azadlıq” meydanında 10 mindən çox etirazçının iştirak etdiyi aksiya davam edir. Etirazçılar bir dəfə Prezident Rezidensiyasına tərəf irəliləməyə cəhd etsələr də, Baqramyan prospektinə yerləşdirilən polislər bunun qarşısını alıb. Təşkilatçılar tərəfdarlarına gecə meydandan dağılmamağı xahiş edib.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi