Modern.az

Daha bir jurnalistin deputatlığa namizədliyi qeydə alınıb

Daha bir jurnalistin deputatlığa namizədliyi qeydə alınıb

Qarabağ

6 Oktyabr 2010, 09:49

34 saylı Xətai II seçki dairəsindən deputatlığa iddia edən müstəqil jurnalist, Yeddi Dövlət – Bir Millət Konseyinin başqanı Azər Həsrətin namizədliyi qeydə alınıb.

Azər Həsrətin seçki qərargahından Modern.az-a verilən bilgiyə görə, namizədin müdafiəsi üçün toplanan imza vərəqələrini oktyabrın 1-də dairə seçki komissiyasına təqdim edən iddiaçının məsələsinə ayın 5-də baxılıb və onun təqdim etdiyi imzalar etibarlı hesab edilərək namizədliyi qeydə alınıb. Bununla da Azər Həsrətin builki parlament seçkilərində iştirakına rəsmən şərait yaranıb.

Namizədliyinin qeydə alınmasına münasibət bildirən Azər Həsrət deyib ki, hazırkı ana qədər seçkilərlə bağlı proseslərdən çox razıdır: "Məndə olan bilgiyə görə, buradan indiyə qədər 18 nəfər namizədliyini irəli sürüb və hələlik bu 18 nəfərdən heç birinin şikayət etdiyini eşitməmişəm. Ümid edirəm ki, proses sona qədər belə davam edəcək”.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır