Modern.az

Goranboyda doğuş zamanı ana və uşaq ölüb - İNSİDENT BAŞ VERİB

Goranboyda doğuş zamanı ana və uşaq ölüb - İNSİDENT BAŞ VERİB

Aktual

24 İyun 2015, 09:49

Bu gün gecə saatlarında Goranboyda doğuş zamanı ana və uşaq ölüb.

Hadisə Goranboy Rayon Mərkəzi Xəstəxanasında baş verib.

Buna görə, ölən ana və uşağın sahibləri ilə xəstəxana işçilərinin arasında ciddi insident olub. Xəsarət alanlar var.

Bu barədə Modern.az saytına Goranboydan məlumat verilib.

Məsələ ilə bağlı xəstəxanın şöbə müdiri İradə Həsənova Modern.az-a açıqlamasında qeyd edib ki, 1983-cü il təvəllüdlü Aslanova Nəcibə Şahmar qızı iyunun 22-də onlara çox ağır vəziyyətdə müraciət edib.

“Xəstə bizə daxil olanda koma vəziyyətində idi. Məmmədəvoa Şəhla həkim tərəfindən təcili olaraq əməliyyata alındı. Lakin vəziyyəti ağır olduğu üçün həm Bakıdan, həm Gəncədən həkimlər çağırıldı. Amma gecə saat 3 radələrində ana keçindi”.

İ.Həsənova uşağın da ölü doğulduğunu vurğulayıb.

“Fermada yaşayan ailə olub və özünün hamiləliyindən də xəbəri olmayıb. İki böyük uşağı var. Hamiləlikdən xəbəri olmadığı üçün heç hara müraciət etməyib.

Anasıgilə gələndə başağrısının olduğunu deyib. Anası həkimə aparmağa çalışsa da gəlin getməyib və qəfildən halı pisləşib. Anasıgil də təcili bura gətiriblər”.

Şöbə müdiri bu hadisə nəticəsində xəstəxanada dava olması, polisin müdaxilə etməsi faktını inkar edib.

Aytən ƏLİYEVA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı