Modern.az

KİVDF jurnalistləri mükafatlandırdı

KİVDF jurnalistləri mükafatlandırdı

24 İyun 2015, 13:55


İyunun 23-də Azərbaycan Milli Olimpiya Komitəsinin və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun birgə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Modern.az-ın məlumatına görə, mərasimdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, Azərbaycanda böyük bir idman bayramı keçirilir. "Bir azərbaycanlı kimi Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq".

Onun sözlərinə görə, müsabiqənin əsas məqsədi Birinci Avropa Oyunlarının mətbuatda daha dolğun işıqlandırılması, bununla bağlı jurnalistlərin yaradıcı əməyinin stimullaşdırılması olub.

Müsabiqəyə 34 KİV-dən 52 yazı təqdim edilib. Yazılar 6 ekspert tərəfindən qiymətləndirilib.

Müsabiqənin yekun nəticələrinə görə, 6 nəfər əsas, 10 nəfər həvəsləndirici mükafata layiq görülüb. Müsabiqənin şərtlərinə əsasən, I yer üçün (1 nəfər) 700 manat, II yer üçün (2 nəfər) 500 manat, III yer üçün (3 nəfər) 300 manat məbləğində mükafat nəzərdə tutulub. Bundan əlavə, 10 nəfər jurnalistə 150 manat məbləğində həvəsləndirici mükafat verilib.

Milli Olimpiya Komitəsinin baş katibi Ağacan Abıyev müsabiqənin əhəmiyyətindən danışaraq qalibləri təbrik edib.

Modern.az  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir