Modern.az

Rafiq Əliyevdən "Qarabağ TV"yə DƏSTƏK

Rafiq Əliyevdən "Qarabağ TV"yə DƏSTƏK

Ədəbi̇yyat

24 İyun 2015, 15:47


“Bu ideyanı çox yaxşı qarşılayıram. Biz Qarabağı döyüşdə müvəqqəti də olsa, uduzduğumuz kimi, hazırda davam edən informasiya müharibəsində də uduzuruq. Belə bir televiziya hazırda aparılan informasiya müharibəsində çox böyük iş görmüş olar”. Bunu Modern.az saytına açıqlamasında professor Rafiq Əliyev deputat Flora Qasımovanın “Qarabağ” TV yaradılması ideyasına münasibət bildirərkən deyib.

“Bu, informasiya çəpərini yarmaq üçün çox gözəl bir vasitə olar. Çünki düşmən bu sahədə çox güclüdür. Lobbiləri çox yaxşı işləyir. İnsan informasiyanın 70 faizini görüntü vasitəsilə alır. Nəyə görə deyirlər ki, televiziya insanı formalaşdırır, çünki o, görüntü metodundan istifadə edir. Odur ki, belə bir ideya reallaşsa biz görüntü ilə dünyaya daha çox təsir edə bilərik”.

Qeyd edək ki, deputat Flora Qasımova bir müddət öncə  Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üçün “Qarabağ” TV yaradılması təklifilə çıxış edib. O qeyd edib ki, TV-nin yaradılması həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından zəruridir və bir neçə dildə yayımlanması həyata keçirilməlidir.

Elmin NURİ 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü