Modern.az

“Cəmil Həsənli ilə Rauf Arifoğlu arasındakı problemin həlli mümkündür” - MÜSAHİBƏ

“Cəmil Həsənli ilə Rauf Arifoğlu arasındakı problemin həlli mümkündür” - MÜSAHİBƏ

24 İyun 2015, 15:54

Pənah Hüseyn: “Müxalifət parlament seçkilərində ciddi uğur qazanmaq üçün çalışacaq”

Azərbaycan Xalq Partiyasının (AXP) sədri, keçmiş baş nazir Pənah Hüseyn Modern.az saytının suallarını cavablandırıb.

- Sizcə, 2015-ci il parlament seçkiləri ərəfəsində müxalifətin güclü bir seçki bloku yarana bilərmi?

- Mənim rəhbəri olduğum partiya “Azadlıq -2015” seçki blokunun üzvüdür. Hələlik parlament seçkilərinə görə yaradılan yeganə seçki bloku budur. Bu blokun başqa ictimai-siyasi təşkilatlarla əlaqələri də nəzərdən keçiriləcək.

- Sizə elə gəlmir ki, seçkiqabağı dövrdə Azərbaycan müxalifətində bir durğunluq müşahidə edilir. Bu böhran nə zaman aradan qalxacaq?

- Xeyr, elə deməzdim. Ölkə müxalifəti kifayət qədər dinamikdir. Müxalifətin böhran vəziyyətində olması barədəki fikirlər iqtidar mediasının təbliğatıdır. Mən isə hesab edirəm ki, Azərbaycan müxalifəti ciddi uğur qazanmaq üçün çalışacaq. Qələbə üçün seçkilərin azad və ədalətli keçirilməsi şərtdir.

- Amma ölkənin əsas müxalifət təşkilatları olan Müsavat Partiyası ilə AXCP arasında əlaqələr demək olar ki, yox vəziyyətindədir. Belə olan halda necə demək olar ki, müxalifət güclənir?

- Hər iki partiya arasında bu və ya digər məsələlərlə bağlı fikir ayrılıqları mövcuddur, bu isə normaldır. Amma ziddiyyətlər iqtidar mediası tərəfindən şişirdilir.

- Milli Şuranın sədri Сəmil Həsənli ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu bir-birlərinə qarşı kəskin ittihamlar səsləndirirlər. Sizcə, bu ittihamlara son qoymaq mümkündürmü?

- Məncə, hər iki şəxs arasındakı problemləri həll etmək mümkündür.

- Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov Azərbaycan xalqı ilə erməni xalqının düşmən olmadığını bəyan edib. Birmənalı qarşılanmayan bu fikirlərə münasibətiniz necədir?

- Rüstəm müəllimin dedikləri onun öz şəxsi fikirləridir. Onunla razılaşıb-razılaşmamaq da digərlərinin şəxsi seçimidir.

İş elə gətirib ki, azərbaycanlılarla erməniləri bir-birinə düşmən ediblər. Buna görə ən çox Ermənistan tərəfi məsuliyyət daşıyır. Çünki işğalçı onlardır və Azərbaycan torpaqlarını zəbt ediblər.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir