Modern.az

İŞİD Kobanidə 20 kürdü edam edib

İŞİD Kobanidə 20 kürdü edam edib

26 İyun 2015, 09:51


İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşması Suriyanın Kobani şəhərində aralarında qadın və uşaqlar da olmaqla 20 kürdü edam edib. Modern.az bildirir ki, bu haqda “France-Press” agentliyinə suriyalı hüquq müfafiəçiləri məlumat veribər.

İŞİD yaraqlıları Kobaniyə iyunun 24-dın 25-nə keçən gecə Suriya-Türkiyə sərhədindəki sərhəd-keçid məntəqəsinin yaxınlığında terror akti törədərək hücuma keçiblər. Hücum şəhərin yaşayış məhəllələrinin minomyotlardan intensiv atəşə tutulması ilə müşayiət edilib. Livanın “Əl-Mayadin” televiziya kanalının verdiyi xəbərə görə, terrorçular şəhərin yaşayış məhəllələrinin içərisinə qədər irəliləyə biliblər.

“Reuters”in məlumatında isə qeyd edilir ki, partlayış və toqquşmalar zamanı şəhərdə 12 nəfər həlak olub, 70-ə yaxın adam yaralanıb.

Kobani 2014-cü ilin yanvar ayından 2015-ci ilin yanvar ayına qədər İŞİD-in nəzarətində olub. Bu ilin yanvarında kürdlər ABŞ aviasiyasının dəstəyi ilə yaraqlıları şəhərdən sıxışdırıb çıxarmağa nail olub. Bu, Suriya və İraqda İŞİD-ə qarşı aparılan mübarizədə koalisiya qüvvələrinin ən başlıca qələbəsi hesab edilirdi.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI