Modern.az

Ünlü müğənnidən “Kurtlar Vadisi”nə ittiham: “Qurd bilirdik, tülkü çıxdılar”

Ünlü müğənnidən “Kurtlar Vadisi”nə ittiham: “Qurd bilirdik, tülkü çıxdılar”

İqtisadiyyat

6 Oktyabr 2010, 16:48

“Kurtlar Vadisi” serilanın çəkiliş qrupuna qarşı ağır ittiham irəli sürülüb. Buna “Kurtlar Vadisi Fələstin” ekranlaşdırılarkən filmə “Mavi Mərmərə” gəmisinə edilən basqının səhnələşdirilməsinin əlavə edilməsi səbəb olub.

Modern.az türk mətbuatına istinadlə xəbər verir ki, ünlü müğənni və ssenarist Nihat Doğan Türkiyə mətbuatında iddia edib ki, onun çəkəcəyi “Mavi Mərmərə Sıxıcı” filminin senarisi oğurlanıb.  Doğan deyib ki, 3 ay əvvəl mətbuata “Mavi Mərmərə Sıxıcı” filminin ssenarisi barədə açıqlama verərkən İsrail hərbçilərinin “Mavi Mərmərə” gəmisinə etdikləri hücumun ekranlaşdırılacağını bildirmişdi.

Bundan sonra “Kurtlar Vadisi” serilanın çəkiliş qrupu o ssenarini oğurlayıb. Nihat Doğan Polad və onun yoldaşlarınaın ünvanına “qurd bilirdik, tülkü çıxdılar” deyib. O, eyni zamanda Mavi Mərmərə Sıxıcı” filmini artıq çəkmək istəmədiyini vurğulayıb.
Nihat Doğan “Kurtlar vadisi”nin Mərmərə hadisəsini çəkməklə qeyri-etik hərəkət etdiyini söyləyib.


 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi