Modern.az

Terrorçular Fransada zavodu partlatdılar

Terrorçular Fransada zavodu partlatdılar

26 İyun 2015, 16:36

İslamçı radikalların Fransanın İzer departamentindəki qaz istehsalı zavoduna hücumu zamanı bir nəfərin başı kəsilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, hücum zamanı zavodun partladılması nəticəsində daha bir neçə nəfər yaralanıb.

Terror aktını törədən şübhəlinin zavodun ərazisinə İslam radikalçılarının bayrağı ilə daxil olduğu bildirilir. Hadisə yerinə Fransanın daxili işlər naziri Bernar Kaznev gəlib.

***

Fransanın cənub-şərqindəki San-Kentan-Falavyedəki terrorda bağlılığı ehtimal edilən şəxs əməliyyat zamanı məhv edilib. Modern.az-ın xarici KİV-ə istinadən verdiyi xəbərə görə, o, hücumdan sonra Fransa hüquq-mühafizə orqanlarının təqibindən gizlənməyə çalışırmış.

Hücumda şübhəli bilinən digər şəxs saxlanılıb. Onun 30 yaşında olduğu bildirilir.


Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər