Modern.az

Gürcüstanda ARDNŞ-nin daha 5 yanacaqdoldurma məntəqəsi açılacaq

Gürcüstanda ARDNŞ-nin daha 5 yanacaqdoldurma məntəqəsi açılacaq

13 Oktyabr 2009, 15:12

ARDNŞ-nin törəmə müəssisəsi olan “SOCAR Energy Georgia” MMC Gürcüstanda SOCAR brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayını artırmaqdadır.
Oktyabrın 12-də Tbilisi şəhərində Aqmaşenedeli xiyabanında, Botanika İnstitutunun yaxınlığında MMC-nin, müasir standartlara cavab verən növbəti yanacaqdoldurma məntəqəsinin açılışı olub. Modern.az ARDNŞ-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni yanacaqdoldurma məntəqəsində 15 nəfər daimi işlə təmin olunub. Burada kafe və market də fəaliyyət göstərəcək. Məntəqə Tbilisidən Gürcüstanın qərbinə hərəkət edən avtomobil yolunun üstündə yerləşir. Qeyd edək ki, bu ilin sonunadək bu tipli daha 5 yanacaqdoldurma məntəqəsinin açılışı gözlənilir. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir