Modern.az

İctimai Birlik Azərbaycanın milli ornamentlərini təbliğ edəcək

İctimai Birlik Azərbaycanın milli ornamentlərini təbliğ edəcək

Qarabağ

6 Oktyabr 2010, 17:49

Oktyabın 6-da “Bacarıqlı Əllər Dünyası” İctimai Birliyinin (İB) Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşdırdığı “Azərbaycanın milli ornamentlərinin təbliği və bərpası” layihəsinin icrası vəziyyəti ilə bağlı mətbuat konfransı keçirilib.
 
Tədbirdə çıxış edən İB-nin sədri Azadə Məmmədova indiyədək layihə ilə bağlı bir sıra işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib  ki, bu günədək layihə çərçivəsində iki sərgi təşkil olunub. Bundan sonra da bölgələrdə bu işin davam etdirilməsi nəzərdə tutulub.
A.Məmmədova vurğulayıb ki, layihənin məqsədi milli ornamentləri müasir və gələcək nəsillərə çatdırmaqdır. Layihə çərçivəsində Azərbaycanın xalçaçılıq, dulusçuluq və misgərliklə yanaşı, təkəlduz, güləbatın və digər unudulmuş əl işləri aşkar olunaraq ölkəmizdə, eyni zamanda, beynəlxalq miqyasda təbliğ ediləcək.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir