Modern.az

Qarabağ Fondu Türk Festivalında Azərbaycanı təmsil edib

Qarabağ Fondu Türk Festivalında Azərbaycanı təmsil edib

6 Oktyabr 2010, 18:08


Qarabağ Fondu Vaşinqtonda Ağ Ev yaxınlığında yerləşən Azadlıq Meydanında keçirilən illik Türk Festivalı zamanı minlərlə ziyarətçinin qarşısına çıxıb. Qarabağ Fondunun nümayəndələri  ziyarətçilərlə söhbət zamanı onları öz fəaliyyət, layihə və qarşıda gələn tədbirləri haqqında ətraflı məlumatlandırıblar. 2003-ci ildən bəri keçirilən Türk Festivalı www.turkishfestival ABŞ paytaxtının ən geniş etnik festivallarından biridir. Festival türk mədəniyyəti haqqında geniş məlumat verir və onun rolunu Yaxın Şərq, Qafqaz, Balkan və Mərkəzi Asiya mədəniyyətlərini birləşdirən körpü kimi vurğulayır. Tədbir zamanı türk mətbəxinin dadlı yeməkləri təqdim olunur və türk bazarını əks etdirən nümayişlər göstərilir.   Bu tədbir zamanı Qarabağ Fondunun işçi və könüllüləri gələn ziyarətçilərdən Azərbaycan Sənədli Layihəsi haqqında sorğular götürüblər. Layihə şifahi tarixi əks etdirir və Azərbaycan ilə əlaqəli insanlardan maddi eksponatları qoruyub saxlayır. Müxtəlif sahələrdən olan insanlar Qarabağ Fondunun bu təşəbbüsünə dəstək nümayiş etdiriblər. Qeyd etmək lazımdır ki, bu layihənin nəticəsi olaraq heç yerdə olmayan Azərbaycan haqqında olan materialların arxivi formalaşdırılacaq. Azərbaycan və Qafqaz barəsində müxtəlif səviyyələrdə məlumatı olan ziyarətçilər regionun xəritəsində ölkəmizin yerini tapmağa çalışıblar. Çoxlu insanlar yeni fondun payız tədbirlərində iştirak üçün maraq göstərib. Qeyd edək ki, fondun payız tədbirlərinə Qarabağı əks etdirən şəkil sərgisi və gənc rəssam Həlimə Ələsgərovanın əl işlərinin nümayişi daxildir. 
Gənc qonaqlar mükafatlar qazanmaq üçün “Azərbaycan haqqında biliyini yoxla” yarışmasında iştirak ediblər.

Modern.az       

Whatsapp
Bizə yazın!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı