Modern.az

15 ölkənin 100 universitetinin nümayəndəsi Bakıya gəlib

15 ölkənin 100 universitetinin nümayəndəsi Bakıya gəlib

6 Oktyabr 2010, 17:42

Oktyabrın 6-da “Trend” informasiya agentliyinin konfrans zalında 4-cü Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgisinin açılışına həsr olunmuş mətbuat konfransı keçirilib.
Tədbirdə  iştirak edən təsil naziri Misir Mərdanov bildirib ki, artıq 4-dəfədir ki Təhsil Nazirliyinin dəstəyi ilə “Təhsil və Karyera ” sərgisi keçirilir. İlk dəfə bu sərgi 2007-ci ildə keçirilib, burada dünyanın 5 ölkəsindən 21 universitet iştrak edib.
İkinci dəfə 2008-ci ildə belə sərgi keçirilib və dünyanın 10 ölkəsinin 40-dan yuxarı universiteti təmsil olunub. Üçüncu sərgi 2009-cu ildə baş tutub ki, bu tədbirdə də dünyanın 12 ölkəsinin 48 universiteti iştrak edib. Bu ilki sərgiyə isə dünyanın 15 ölkəsinin 100-dən yuxar universiteti qatılacaq.

M.Mərdanov onu da bildirib ki, belə sərgilərin keçirilməsi dünyada Azərbaycanın tanınmasına xidmət edir. Sabah saat 11.00-da sərginin rəsmi açılış mərasimi olacaq.

“Təhsil və Karyera” sərgisinin layihə meneceri Xəyalə Əliyeva bildirib ki, sərgi oktyabrın 7, 8, 9-da keçiriləcək. Sərgi Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin keçiriləcəyi yer  yeni “Bakı Ekspo Mərkəzi” sərgi kompleksində keçiriləcək. Sərginin təşkilatçıları “İteca Caspian” MMC şirkəti və onun tərəfdaşı “İTE Group PLC ” qismində çıxış ediblər.
X.Əliyeva onu da bildirib ki, sərgidə ilk dəfə olaraq Litva səfirliyi də iştrak edir, həm də Litvanın  2 dövlət ali təhsil müəssisəsi təqdim olunacaq. Azərbaycanın dövlət və özəl təhsil müəssisələrindən Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Universiteti iştrak edəcək.      

Mail Ağaxanov  

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı