Modern.az

Elman Məmmədov: “Ümid Türkiyənin Böyük Millət Məclisinə qalıb”

Elman Məmmədov: “Ümid Türkiyənin Böyük Millət Məclisinə qalıb”

Ölkə

13 Oktyabr 2009, 15:30

Millət vəkili, “Dağlıq Qarabagın Azərbaycanlı İcması”  İctimai Birliyinin idarə heyətinin üzvü Elman Məmmədov da Türkiyə - Ermənistanın yaxınlaşması ilə bağlı Modern.az-a mövqeyini açıqlayıb: “Ermənistanın Cənubi Qafqazda apardığı siyasət bu ölkənin ətrafdan tam təcridi ilə nəticələnmişdi. Rusiya-Gürcüstan qarşıdurması isə demək olar ki, Ermənistanın İran istisna olmaqla qurudan əlaqəsini kəsdi. Bir daha qeyd etməliyəm ki, bu, Ermənistanın öz əməllərinin bəhrəsi idi”.

Türkiyə - Ermənistanın yaxınlaşması ilə bağlı imzalanan protokol məsələsinə gəlincə, deputat təəssüflə bildirib ki, belə bir vaxtda Türkiyənin Ermənistana qucaq açması işğalçıya can verdi: “Ümid Türkiyənin Böyük Millət Məclisinə qalıb. Məclis Türkiyənin cəmiyyətinin maraqlarını nəzərə alacaqsa, bu protokolu ratifikasiya etməyəcək. Əks təqdirdə, bu ölkədə ciddi çalxalanmalar olacaq”.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir