Modern.az

Prezidentliyə sabiq namizəd Nobel mükafatı aldı

Prezidentliyə sabiq namizəd Nobel mükafatı aldı

Qarabağ

7 Oktyabr 2010, 17:24

Ədəbiyyat sahəsində də Nobel mükafatının sahibi bəlli olub. Modern.az-ın məlumatına görə, bu nüfuzlu mükafat Peru yazıçı Mario Varqas Losaya qismət olub.   Mario Valqas Losa Perunun paytaxtı Limadakı San Markos Universitetində Ədəbiyyat fakültəsini bitirib. Daha sonar İspaniyada Madrid Universitetində dokturanturanı bitirib.  

İlk əsəri “İnkanın qaçışı” 1952-ci ildə nəşr olunub. Sonra jurnallarda müxalif mövqedən yazılar yazıb. Jurnalist kimi fəaliyyət göstərib. Xüsusilə Ədəbiyyat jurnallarında yazılar yazıb. 
1959-1966 illər Parisdə yaşayıb. İlk Romanı "Şəhər və itlər" çox maraqla qarşılanıb və bir neçə dillərə tərcümə olunub.  
1969-cu ildə ABŞ-da Vaşinqton Universitetində dərs deyib. 1974-də Limaya qayıdıb. 1990-cı ildə Demokratik Cəbhədən namizəd kimi qatıldığı prezident seçkilərində uğur qazana bilməyib.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Vardanyan Bakı həbsxanasında aclığı dayandırdı