Modern.az

Millət vəkili qanvermədə iştirak edib

Millət vəkili qanvermədə iştirak edib

Qarabağ

8 Oktyabr 2010, 10:18

Millət vəkili, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri  Mehriban Əliyevanın talassemiyalı uşaqlara qanvermə aksiyası təşəbbüsünə dəstək olaraq Respublika Uşaq Təşkilatının sədri, milət vəkili Gülər Əhmədovanın çağırışı  ilə qanvermə aksiyası keçirilib.    

Modern.az xəbər verir ki, aksiya Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Respublika Qan Məkəzində keçirilib. Aksiyada Torpaq və Xəritəçəkmə Komitəsinin,Nəsimi rayon Polis İdarəsinin, Beynəlxalq Diaspor Məırkəzinin əməkdaşları yaxından iştirak ediblər.

Təşəbbüskar millət vəkili, Gülər Əhmədova da qan verənlər arasında olub. O, deyib ki, talassemiyalı uşaqlara qanvermə aksiyası millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsüdür:

«Əslində bu bizim təşəbbüsümüz deyil. Bu təşəbbüs millət vəkili Mehriban xanım Əliyeva tərəfindən irəli sürülüb və Azərbaycanda böyük əks səda doğurub. Mən inanıram ki, Azərbaycanda bu təşəbbüsə dəstək verən bütün təşkilatlar Heydər Əliyev Fondunun həyata keçirdiyi aksiyaların gərəkliyini dərk edirlər. Bu gün bizim ölkəmizdə 2 minə yaxın talassemiyalı xəstə uşaq var. Onların qana ehtiyacı var. Ona görə də biz belə qərar verdik ki, belə bir aksiya təşkil edək.  Mən bu gün bizim səsimizə səs verən, Dövlət Torpaq Xəritəçəkmə Komitəsinin və Dövlət Əmlakının İdarə Edilməsi Komitəsinin əməkdaşlarına öz minnətdarlığımı bildirirəm. Biz bir dövlət təşkilatları kimi onlara müraciət etdik. Onlarda sağ olsunlar ki, bizim bu aksiyaya qoşuldular. Mən inanıram ki, bu aksiyalar davam edəcək. Çünki bu aksiyaların keçirilməsində Heydər Əliyev Fondunun zəhməti böyükdür».

Aksiyaya Sabitlik və İnkişaf Fondunun, Dünya Azərbaycanlıları İctimai Mərkəzinin nümayəndələri və “Mərkəz” qəzetinin əməkdaşları da qatılıb. Amma aksiyada ən fəal Dövlət  Torpaq Xəritəçəkmə Komitəsinin əməkdaşları iştirak ediblər. Qanvermə aksiyasında  89 nəfər iştirak edib, 27 litr qan toplanıb.
 

 



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar