Modern.az

Belarus prezidentindən maraqlı açıqlama

Belarus prezidentindən maraqlı açıqlama

Dünya

8 Oktyabr 2010, 11:05

Belarus prezident seçkiləri ərəfəsindəsir. Bu arada ölkə prezidenti Aleksandr Lukaşenko maraqlı açıqlama ilə çıxış edib. O, ölkə əhalisini digər namizədlərə də imza verməyə çağırıb.

«Qoy insanlar alternativ namizədlərə də imza versinlər. Onların sayı 16 nəfərdir. Həmin insanlar seçkiyə getmək istəyirlər. Qoy getsinlər».

Modern.az-ın «Belta» qəzetinə istinadən verdiyi məlumata görə Lukaşenko bildirib ki, imza verməklə həmin şəxslər dəstəklənmir, sadəcə olaraq onlara seçkidə iştirak etmək şansı verilir.

«Seçki günü seçicilər kimə səs verəcəklərini müəyyənləşdirəcəklər: Lukaşenko və ya digərləri»- deyə o, əlavə edib.

Prezident bildirib ki, digər namizədlərin imza toplamaqda problemi olsa da, o, həmin halı yaşamır. Artıq 600 min imza toplayıb və dəstəklənməsi üçün daha imzaya ehtiyacı yoxdur.


Qeyd edək ki, 2010-cu ilin dekabrın 19-da Belarusda prezident seçkiləri keçiriləcək.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi