Modern.az

Еlçin Mizəbəylinin deputatlığa namizədliyi qeydə alınmadı

Еlçin Mizəbəylinin deputatlığa namizədliyi qeydə alınmadı

Qarabağ

8 Oktyabr 2010, 17:27

73 saylı Lənkəran seçki komissiyası BAXCP-nin beynəlxalq məsələlər üzrə katibi, “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəylinin namizədliyini qeydə almaqdan imtina edir. Elçin Mirzəbəyli Modern.az-a deyib ki, DSK-ya sənədlərini oktyabrın 1-də təqdim etsə də, ona imza vərəqələrini və digər sənədləri təhvil verilməsilə bağlı arayış qanunsuz olaraq otyabrın 4-də təqdim olunub.

Bu müddət ərzində BAXCP-nin beynəxalq məsələlər üzrə katibinə təqdim olunan sənədlərdə hər hansı qanun pozuntusu ilə bağlı məlumat veriliməyib. Nəticədə isə deputatlığa namizədliyi «İslahat Bloku» tərəfindən irəlü sürülən Elçin Mirzəbəyllinin deputatlığa namizədlinin qeydə alınmaması ilə bağlı ilkin qərar qəbul olunub.
Dairə Seçki Komissiyasının sədri Kərim Heydərov Elçin Mirzəbəyli ilə telefon söhbətində onun qeydə alınması üçün ciddi problemlərin olduğunu bildirib və əsassız iddialarlda çıxış edib.

Elçin Mirzəbəylinin sözlərinə görə, Dairə Seçki Komissiyasına sənədlərinin təqdim edildiyi ilk gündə onunla bağlı ciddi problemlər yaradılıb: «Öncə heç bir əsaslı sübut ğəqdti gətirilmədən sənədlərimi qəbul etmək istəmir və məni inandırmaq üçün əyalət səviyyəli primitiv üsullara əl atırdılar. Daha sonra oktyabrın 1-də təqdim etdiyim sənədlərə görə arayış oktyabrın 4-də təqdim edildi. Dairənin sədri  Kərim Heydərov mənim qeydə alınmamağım barədə sabiq deputat Rüfət Quliyevin və Rayon icra strukturlarını təmsil edən bir sıra şəxslərin xüsusi sifariş verdiyini dilə gətirdi. Və özünün bu prosesin içində olmadığını da vurğuladı. Bütün cəhdlərimə baxmayaraq, təqdim olunan sənədlərin yoxlarınlması prosesində qanuna müvafiq formada nə mənə, nə də «İslahat Bloku»nun səlahiyyətli nümayəndələrinə məlumat verili. Dairə seçki komissiyasının sədri ilə son telefon danışığında da ənənəvi istifadə olunan yayındırıcı fikirlər səsləndirildi.

B proseslər sübuta yetirir ki, 73 saylı Darə Seçki Komissiyasının rəhbərliyi hazırda deputaptlığa namizədliyi təsdiq olunan deputat Rüfət Qülueyevin yolunu ciddi namizədlərdən təmizləmək üçün müvafiq qanunazidd addımlar atmaqdadır”

E.Mirzəbəyli deyib ki, bütün mümkün hüquqi imkanlardan istifadə edərək, öz hüquqlarını müdafiə etməyə çalışacaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır