Modern.az

Jurnalist xanımın deputatlığa namizədliyi qeydə alınıb

Jurnalist xanımın deputatlığa namizədliyi qeydə alınıb

Media

9 Oktyabr 2010, 13:59

7 noyabr parlament seçkilərində deputat mandatı uğrunda mübarizə aparacaq jurnalistlərdən biri də “Xalq Cəbhəsi" qəzetinin redaktoru Arzu Şirinova olacaq. Modern.az-ın məlumatına görə, A.Şirinovanın deputatlığa namizədliyi 44 saylı Sumqayıt-Abşeron seçki dairəsindən qeydə alınıb.

A.Şirinovanın deputatlığa namizədliyi “İslahat” bloku tərəfindən irəli sürülüb, o BAXCP-nin üzvüdür.

Bu dairədən YAP-ın vahid namizədi kimi Təcili Tibbi Yardim Xəstəxanasında Uşaq travmotologiya şöbəsinin müdiri Məharət Xasayev də qeydə alınıb.
Bundan başqa, deputat Baba Tağıyev də bu dairədən namizəd olaraq yenidən mandat qazanmağa çalışacaq.

AXCP-Müsavat bloku isə bu dairədən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azərbaycan Dövlət Pedaqoji Unversitetin dosenti Rəis Rəsulzadənin namizədliyini dəstəkləyir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir