Modern.az

Çində 130 milyarder var

Çində 130 milyarder var

13 Oktyabr 2009, 19:20

Çində milyarderlərin sayı son bir ildə 101-dən 130-a çatıb. Bununla da Çin tanınmış milyarderlərinin sayına görə, dünyada ABŞ-dan sonra 2-ci yerdə möhkəmlənib. BBC-nin məlumatına görə, siyahını tərtib edənlər bildiriblər ki, ola bilər ki, hələ də 100-ə yaxın milyarder öz varidatının həcmini bildirmək istəmir. Milyarderlərin çoxu daşınmaz əmlak və birja bazarında küllü var-dövlət sahibidirlər. Bu rəqəmlər onu göstərir ki, dünyada hökm sürən qlobal iqtisadi tənəzüllə baxmayaraq, Çin iqtisadiyyatı iti sürətlə inkişaf edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanı etirazlar bürüdü - Qırıcılar havaya qaldırıldı