Modern.az

Deputat Fuad Muradov ATƏT nümayəndələrinə məlumat verdi

Deputat Fuad Muradov ATƏT nümayəndələrinə məlumat verdi

Qarabağ

9 Oktyabr 2010, 17:09


Gənclər Təşkilatları Milli Şurasının sədri, Milli Məclisin deputatı Fuad Muradov oktyabrın 9-da ATƏT-in Gürcüstan və Böyük Britaniyadan olan uzunmüddətli müşahidə missiyasının üzvləri Valeri Amasiulaşvili və Ceyn Koplin ilə görüşüb.

Modern.az
-ın məlumatına görə, ikitərəfli görüşdə müşahidə missiyasının üzvləri bildiriblər ki, ATƏT hər zaman olduğu kimi qarşıdan gələn parlament seçkilərində də müşahidə aparacaq. “Biz həm regionlarda, həm də Bakıda müşahidələrimizi aparırıq. Milli Məclisə keçiriləcək seçkilərə namizəd kimi planlarınız, seçki mühiti, ümumiyyətlə bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparmaq üçün sizinlə görüşməyi qərara aldıq”.

Qonaqları salamlayan millət vəkili Fuad Muradov bildirib ki, Böyük Britaniya və Gürcüstan onun üçün yaxın ölkələrdir.
“Mən Böyük Britaniya və Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvüyəm və həmçinin Gürcüstanla müxtəlif layihələrdə əlaqələrimiz olub”.

Millət vəkili Gənclər Təşkilatı Milli Şurası, Milli Məclisə deputat seçildiyi ərazi və ötən seçkilərdə olan proseslər, keçən 5 il ərzində qazınılan uğurlar, qarşıdan gələn parlament seçkilərinə hazırlıqla bağlı qonaqlara ətraflı məlumat verib.

Azərbaycanın ərazi bütövlüyü məsələsini ATƏT nümayəndələrinin diqqətinə çatdıran millət vəkili bildirib ki, Ermənistanın Azərbaycana təcavüzü nəticəsində torpaqlarımızın 20%-i işğal olunub, 1 milyondan artıq insan öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıb.

İkitərəfli görüşdə seçki prosesi, təbliğat kompaniyasının aparılması və qonaqları maraqlandıran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır