Arxiv
15 Oktyabr 2009, 13:06 | REPORTAJ
Mərdəkanda yerli adət-ənənələr unudulub

“Bakı kəndləri” silsiləsindən növbəti yazımız hələ qədimdən xalq memarlığının mərkəzi sayılan Mərdəkan barədədir. Mərdəkan Bakının ən qədim kəndlərindən biridir. Onun adı “Mərdlər məkanı” kimi tərcümə olunur, bu da yaşayış məskəninin qədim mard tayfaları tərəfindən salınmasına işarədir. Mardların adına isə ilk dəfə Qafqaz Albaniyasında yaşayan tayfaların sırasında rast gəlinir. Mərdəkan barədə xarici səyyahların salnamələrində də məlumatlar var. Qədim tarixçilər Heradot, Strabonun yazdığına görə, mərdlər hələ eramızdan əvvəl 331-ci ildə Qavqamel döyüşündə İran ordusunun sıralarında qəhrəmancasına vuruşmuş, böyük şücaətlər göstərmişlər. Mərdəkan sakini, “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun mühafizəçisi Vidadi Əmirüllaoğlunun deyir ki, Mərdəkanı 7 tayfadan ibarət böyük bir icma yaradıb: “Bunlar Ocaqqulu, Nəzərli, Subhanlı, Rəhimli, Cəlilli, Bürcülü, Şahsəvənd tayfalarıdır. Tayfaların tərkibi türklər və iranlılardan ibarət olub. Hazırda da bu tayfaların nəsillərindən olan insanlar kənd də yaşayır”. Hələ qədimdən Mərdəkan xalq memarlığının mərkəzi sayılıb. Qəsəbədəki bir sıra qədimi abidələr indiyədək qorunub saxlanılır. Kəndin Qumluq, Qala, Xərmən, Qoyunbulağı , Seyidlər məhəlləsi var. Uzundərə adlanan yerdə əvvəllər taxıl anbarları olub. Vaxtilə Mərdəkan əhalinin əsas məşğuliyyəti heyvandarlıq və əkinçilik olub. Ancaq indi boş ərazilər qalmadığından bu məşğuliyyət növləri unudulub. Arxeololqların araşdırmalarına görə, Mərdəkanda albanlara məxsus daş kitabələr, əşyalar tapılıb. Bu da albanların da ərazidə yaşamasına sübutdur. Yerli sakinlər deyir ki, bəzən həyətlərdə qazıntılar zamanı  qədim insanlara məxsus alətlər tapılır.   Mərdəkandakı orta əsrlərə aid  “Dördkünc Qala”  1187-ci ildə tikilib. Onun inşasında balıqqulağı, əhəng, yumurta sarısı, keçi və dəvə yunundan istifadə edilib. Hündürlüyü 22 metr, 76 pilləsi, 6 otağı var. Böyük müharibələri nəzərə alaraq, ərzaq anbarı kimi istifadə etmək üçün qalanın içərisində 108 quyu düzəldilib. Yeraltı yol vasitəsilə isə digər qalalarla əlaqə yaradıblar. Mərdəkandakı Heydər məscidi 1893-cü ildə yerli sakin Heydər Almazov tərəfindən tikdirilib. Deyilənə görə onun arvadı rus olduğu üçün kənddə ona rus Heydər deyirmişlər. Bir gün Heydər Axund Ələkbərə deyir: “Nə edim ki, mənə “rus” deməsinlər?”. Axund Ələkbər buyurur: “Get, məscid tikdir”. Mərdəkanda baxımsız vəziyyətdə olan qədim hamamlar da az deyil. Xanbaba hamamı  Şirvanşahların dövrünə aiddir. Təxminən 1482-83-cü illərdə yerli sakin tərəfindən tikilib. Ziley hamamı XIX əsrin əvvəlləri kənd sakini xeyirxah bir qadın tərəfindən tikilib. Bu hamam qadınlar üçün imiş. Kənddəki 1918-ci il erməni qəsbkarlarına qarşı döyüşdə şəhid olmuş Mərdəkan sakinlərinin uyuduğu Şəhidlər xiyabanının yerində V-VI əsrdə də qəbristanlıq olub. Mərdəkanın ən məşhur yerlərindən biri Dendrari bağıdır.  İndi Mərdəkan dendrarisi kimi tanıdığımız bağ 1890-cı illərdə Bakının neft milyonçusu Murtuza Muxtarovun bağı olub. Hazırda burada 1800-ə yaxın bitki növü, 28 növ heyvan və əylənmək üçün katamaranlar, istirahət guşələri var.

Mərdəkan dendrarisində həm də bir əsr yaşı olan İtaliyanın Qotik üslubunda tikilmiş qədim bir bina da var. Məhz bu bina bir çox kinorejissorların diqqətini çəkib, “Arşın mal alan”, “Qorxma mən səninləyəm” və bir neçə başqa filmlərdən kadrlar  məhz burada çəkilib. Dendrari parkında bir sıra obyektlər mövcuddur: banket zalı; «Lyuks» tipli 1-2 yerlik 20 sayda qonaq otağı; səyahətə gələnlər üçün otaqlar; müxtəlif elmi laboratoriyalar; süni şəlalə; qeyri-adi ecazkar su quyusu; qayıqla gəzinti üçün göl. Mərdəkanda xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin 1885-1924-cü illərdə yaşadığı ev hazırda durur. Pir Həsən adlanan yer kənd sakini olmuş Pir Həsənin adını daşıyır. Burdakı ziyarətgahı Murtuza Muxtarov 1907-ci ildə tikdirib. Ziyarətgahda H.Z.Tağıyev, onun qızı Sara xanım, Axund Hacı Mirzə və Zeynal Səlimxanovun qəbri yerləşir. Kənd sakini Zeynəb Rəsulova deyir ki, vaxtilə Mərdəkanda mövcud olmuş adət-ənənələr unudulub. Mərdəkan sakinləri deyirlər ki, onlara ən çox təsir edən neft yataqlarının əhatəsində yaşamalarına baxmayaraq təbii yanacağa, elektrik enerjisinə həsrət qalmalarıdır. Məsələ burasındadır ki, Azərbaycanın Avropa bazarlarına çıxardığı təbii qaza Mərdəkanın bəzi yerlərində sakinlərin əli çatmır.

Mərdəkana uzaqdan baxış

 

Məşhur dördkünc qala

Qaladakı ərzaq saxlanc yeri
1941-1945-ci illər müharibəsində bu binada hospital yerləşib
Dairəvi müşahidə qalası

Mərdəkanın ən görməli yerlərindən biri-dendrari

 

Heydər məscidi

 

Kazım hamamı

 

 Yaşlı kənd sakini Mərdəkan barədə danışır

 

Nizami parkı

Muzey binası

 

Pir Həsən ziyarətgahı

 

Hacı Zeynalabdin Tağıyev və qızı Sara xanımın məzarı

 

Pir Həsən ziyarətgahındakı məşhur qılınc

 

Qaranquş sanatoriyası

 

Mərdəkan qəbristanlığında köhnə məzarlar

 

Üzərində qədimi yazısı olan Mərdəkan evlərindən biri 

 

H.Z.Tağıyev adına 123 saylı məktəb

 

Veteranlar abidəsi

 

Xanbaba hamamı

 

Xəstəxananın giriş qapısı

 

Ziley hamamı

 

Ziyarətgah

 

Ziyarətgahda qəbirüstü abidə

  Günay MUSAYEVA

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Parlament bu MƏSƏLƏLƏRİ müzakirəyə çıxaracaq 18 Oktyabr 2019, 15:21 Çavuşoğludan Müstəqillik Günü paylaşımı: “Can Azərbaycan” - FOTO 18 Oktyabr 2019, 15:19 UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub 18 Oktyabr 2019, 15:19 Modul tipli məktəblərin sayı artırılır 18 Oktyabr 2019, 15:12 Deputat seçiciləri ilə müzakirələr aparıb 18 Oktyabr 2019, 14:50 Bakı Ali Neft Məktəbində SPE-nin regional sammiti keçirilib   18 Oktyabr 2019, 14:42 Prezident “Dövlətqaçqınkom”un sədrini qəbula ÇAĞIRDI 18 Oktyabr 2019, 14:41 “Maşın” şounun qalibi məlum oldu - FOTO 18 Oktyabr 2019, 14:37 Uşaqlarda piylənmə - Metobolik sindrom 18 Oktyabr 2019, 14:24 Tanınmışlar Müstəqillik Günü təbrikləri aldılarmı? - “Heç kəs təbrik etməyib” 18 Oktyabr 2019, 14:18 Milli qəhrəmanları təhqir edənlər necə cəzalandırılmalıdır?.. 18 Oktyabr 2019, 14:05 Tramp türklərlə kürdləri dalaşqan uşaqlara BƏNZƏTDİ 18 Oktyabr 2019, 14:03 Paşinyan Təhlükəsizlik Şurasının təcili iclasını çağırdı - Qarabağa görə 18 Oktyabr 2019, 13:52 Azərbaycanın davamlı iqtisadi inkişaf modeli qələbələrimizin rəhnidir - Eks-nazir 18 Oktyabr 2019, 13:49 Oqtay Şirəliyev  vəzifədən gedir?... - Nazirlikdən AÇIQLAMA 18 Oktyabr 2019, 13:30 ““Barış pınarı” dayanmayıb, biz atəşkəs deyil, fasilə vermişik” - Çavuşoğlu 18 Oktyabr 2019, 13:28 Anar Cəbrayıllı: “Ciddi nəzarət olmasa, uşaqlar düzgün yolda addımlamaqda çətinlik çəkər” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:20 Sabahın HAVASI: Yağış yağacaq, külək əsəcək 18 Oktyabr 2019, 13:15 Türkiyə Suriyada əməliyyatları bərpa edib? - Rusiya mətbuatından İDDİA 18 Oktyabr 2019, 13:13 Kəlbəcərli şair: “Əminliklə deyirəm ki, ermənilər torpaqlarımızı atıb qaçacaq” - MÜSAHİBƏ 18 Oktyabr 2019, 13:11 Prezident Administrasiyasının məsul işçisi icra başçısı ilə bu kəndə getdi - SƏBƏB 18 Oktyabr 2019, 13:10 Türkiyə terrorçuların yalanlarını ifşa etdi - FOTOLAR 18 Oktyabr 2019, 12:43 Səhiyyə Nazirliyindən küçəyə atılmış birgünlük uşaqla bağlı AÇIQLAMA 18 Oktyabr 2019, 12:37 “Barış Pınarı”na qarşı çıxan erməni deputata azərbaycanlı həmkarından CAVAB 18 Oktyabr 2019, 12:29 Əli Həsənov yeni müxalifətdən YAZDI 18 Oktyabr 2019, 12:28 “Bəlkə gələcəkdə 3-cü erməni dövləti yaratmaq istəyəcəklər?” 18 Oktyabr 2019, 12:17 Masallıda 30-dan çox uşaq günərzi xidmətlərlə təmin edilib 18 Oktyabr 2019, 12:17 Zahid Oruc: “Prezidentin hədəfli mesajları masa üzərindəki açıq və qapalı informasiyalara dayanır” 18 Oktyabr 2019, 12:02 Quzunun qoç ola bilməməkliyi 18 Oktyabr 2019, 11:46 Qərbi Azərbaycan İcması BƏYANAT verdi: “Prezidentin bu çağırışına qoşuluruq!” 18 Oktyabr 2019, 11:25 Milli Məclis gələn həftə toplanır 18 Oktyabr 2019, 11:14 Sizin icra başçınız: Qazaxlılar Rəcəb Babaşovdan razıdırlar, narazı?.. 18 Oktyabr 2019, 11:12 Ermənilər Qarabağda top atışları həyata keçirdi - FOTOLAR 18 Oktyabr 2019, 11:01 Qaradağ və Xəzər rayonlarında qaz KƏSİLƏCƏK - SƏBƏB 18 Oktyabr 2019, 10:54 Əkrəm İmamoğludan Müstəqillik günü TƏBRİKİ - FOTO 18 Oktyabr 2019, 10:16